NƏĞMƏKAR ŞAİR

VAQİF YUSİFLİ
50615 | 2013-02-09 00:31
ƏDƏBİ HƏYAT

İslamSəfərli... 1923-1974. Nəğməkar şair... Dramaturq.. Dostlarının, tanışlarınınxatirəsində gözəl insan. Hər bir sənətkar öz yaradıcılığı ilə özünə abidəqoyur. Əlbəttə, qranitdən və mərmərdən daha çox, xatirələrdə, yaddaşlarda buabidəni yaradır. Ürəklərdə yaranan belə abidələrdən biri də İslam Səfərliabidəsidir.

O, cəmi 52il yaşadı. Fevralda dünyaya gəldi(1923), noyabrda (1674) - soyuq payız günlərinin birində dünyadan köçdü. Ancaqömrün uzun və qısalığı əsas şərt deyil, elə 52 illik bir ömür də bir insanıyaddaşlarda yaşatmaq üçün kifayət edər.

İslamSəfərliylə yaşıd olanların çoxu dünyadan gedib, amma bir nəsil öz köçünü sürsədə, gələn nəsillər həmin nəsli xatırlayır, onların gözəl ənənələrini davametdirirlər.

İslamSəfərli 1974-cü ildə vəfat edib, amma onun vəfatından keçən bu 39 il ərzindəhəmişə xatırlanıb. Yurdun hər bir guşəsində "İslam Səfərli" adıgələndə təbəssümlə yada salırlar onu. Bu təbəssüm İslam Səfərlinin sənətkarömrünün yaşantılarıdır ki, izlərə, gözlərə çilənib.

Nə qədərki, biz anaları dünyada ən müqəddəs varlıq sanırıq, qarşısında baş əyirik,dünyadan köçəndən sonra ana itkisi qəlbimizə yara vurur... Nə qədər ki,Azərbaycanın ən şirin ləhcəli sənətkarı olmuş Rəşid Behbudovun ifasında"Ana" mahnısını dinləyirik, o zaman bu mahnının müəllifi İslamSəfərlini də yad edəcəyik:

Saçınınağına,

qarasınaqurbanam,

Könlünün ohəzin

laylasınaqurbanam.

Əziz ana.

Unudulmuranalar, unudulmur Rəşid, unudulmur İslam Səfərli.

Lakin bugünün bir sıra ifrat solçuları, keçmişinə daş atan nihilistlər sovet dövründəyaşayan şairlərimizi, sənət adamlarını inkar ediblər. Əgər onlara qalsa, gərəkİslam Səfərli də yad edilməyə. Səbəb odur ki, İslam Səfərlinin 35 illikyaradıcılığında sovet dövrü həqiqətləri də əks olunmuşdur. Bəli, bu gizli deyilki, S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, Ə.Cəmil kimi İslam Səfərli dəpartiyanı, Lenini, Oktyabrı tərənnüm edən şeirlər yazmışdır, hətta V.İ.Leninin"İskra" dövrü fəaliyyətindənbəhs edən "Qığılcım" poemasını qələmə almışdır. Bəli,İ.Səfərli sovet dövrünün şairi idi və təbii ki, o, yaşadığı sosializm dövründəölkədə gedən quruculuq işlərini, əmək qəhrəmanlarının həyatını vəsf etməliydi.Lakin İslam Səfərlini, eləcə də digər şairlərimizi bütün bunlara görə qınamaqdoğru deyil. Axı onun elə şeirləri var ki, bunları heç cür sovet ideologiyasıqəlibinə sığışdırmaq olmaz.

Siz qaynarhəyatsınız,

Kükrəyən ağatsınız.

Nəğməməqanadsınız,

Sahili şəndalğalar,

Aşıb-daşandalğalar.

Yaxud:

De, nəvardır dünyada

Anasüdündən təmiz.

Doğulduğuntorpaqdan,

Olduğunevdən əziz?

Bizim gözəlxalq mahnılarımız var: "Ay bəri bax", "Süsən sünbül","Almanı atdım xarala", "Gül açdı", "Sonabülbüllər" və s. Bu xalq mahnılarının yaşı bilinmir, ilk müəlliflərininkimlər olduğu da məlum deyil, amma yaşayır. Bir də var ayrı-ayrı şairlərinsözlərinə yazılmış mahnılar. Onların da bir çoxu yaşayır. Füzulinin bir çoxqəzəlləri, Nizaminin "Sənsiz"i, A.Səhhətin "Vətənimdir", S.Vurğunun"Azərbaycan" şeirləri öz mahnı ömürlərini də yaşadığı kimi...

Bağçamızagəldi bahar,

Yaşıl xalısərdi bahar,

Gəl dedim,gəlmədin, yar.

Gəlmədin,yar.

Bu mahnınıSara Qədimova oxuyurdu, indi gənc xanəndələr də oxuyur. Bəlkə illər keçəndənsonra onu da xalq mahnıları sırasına qatacaqlar.

Hər səhərevdən çıxıb işə yollanırıq, bir az qayğılı, bir az qayğısız, həm şən, həm dəqəmgin. Elə bil bu mahnı da bizimlə yol gedir:

Qayıdıb xoşgüzərdən,

Günəşqalxır Xəzərdən.

Sevgilimkeçən yerdən,

Bütün şəhəryeriyir,

Bakı,sabahın xeyir!

Nədir bunəğmələri yaşadan? Hansı sehirdir?

Onəğmələrdə sözlər sanki adilikdən çıxır, poetik hüsn və təmtəraq qazanır, deyimtərzində bir şirinlik, axıcılıq, təbiilik bu nəğmələrin bəzəyinə çevrilir."Zərif gülüşlüm", "Dan ulduzu, bir də mən", "Nə vaxtaqaldı", "Bir ürək sındırmışam", "Zəriflik"... onlarlabelə şeirlər lap yaranışdan nəğmə kimibu dünyaya gəliblər.

İslamSəfərlinin nəğmələri bir şeir kimi də gözəldir. Yəni bunları sırf mahnı kimialıb, təhlil eləmək doğru deyil.

Mən onu danulduzu,

Zərrinşəfəq sanırdım.

Kiməinanmasam da

Bir onainanırdım.

Qəbahətimböyükdür,

Ay ellər,dünən axşam

Bir ürəksındırmışam,

Bir könülsındırmışam.

İslamSəfərli qədim odlar diyarımız Naxçıvanda dünyaya göz açmışdı. Yaradıcılığa çoxerkən başlamışdı - ilk şeiri "Ədəbiyyat qəzeti"ndə (1940) dərcediləndə onun cəmi 17 yaşı vardı. Elə təzəcə ədəbi aləmdə təzəcə tanınırdı ki,müharibə başlandı, onun kövrək qələmini süngü əvəz etdi. O, əsgər şineli geydi,416-cı atıcı diviziyasında kəşfiyyatçı oldu, Şimali Qafqaz, Krım, Ukrayna,Pribaltika cəbhələrində döyüşdü. "Qızıl əsgər" və "Qırmızıbayraq" cəbhə qəzetlərində oçerk, məqalə və şeirlərini çap etdirdi. İllərkeçəcək, müharibə mövzusu İ.Səfərlinin yaradıcılığında əsas mövzulardan birinəçevriləcək, "Onüçlər" kimi gözəl bir şeir, digər əsərlər yaranacaq.

Müharibəbitdi və İ.Səfərli ilk, kövrək addımlarını atdığı ədəbi aləmə qayıtdı.Müharibədə igid bir kəşfiyyatçı kimi özünü sübut edən İ.Səfərlinin ədəbi aləmdədə tanınması və sevilməsi uzun çəkdi. O,"Darülfünün" silsiləli şeirlərini yazdı, bu şeirlər oxucuların vəədəbi ictimaiyyətin marağına səbəb oldu. İ.Səfərlinin dostu Əlfi Qasımov birxatirəsində yazır ki, böyük şairimiz Səməd Vurğun universitetə görüşə gəlmişdi.O, gözəl bir çıxış etdi, birdən zala göz gəzdirdi, "hanı o mənə oxşayanQara İslam?" deyə soruşdu. İslam "Burdayam, Səməd müəllim" dedi.Səməd Vurğun dedi: "Yazıçılar İttifaqında keçən "Gənclərgünü"ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu? İslam xitabətkürsüsünə qalxıb "Beşik başında" şeirini şövqlə oxudu. Alqış səslərisalonu titrətdi.

Ümumiyyətlə,İslam Səfərli yaradıcılığı həm öz qələm dostları olan yazıçıların, həm dətənqidçi-ədəbiyyatşünasların nəzərindən uzaq düşməmişdir. Məsələn, görkəmlitənqidçi Əkbər Ağayev yazırdı: "İslam Səfərlinin poeziyasında Xəzərinləpələri pıçıldaşır, müasir kəndin və şəhərin müxtəlif təbiətli adamlarıtərənnüm olunur. Vətən də, onun təbiəti də İ.Səfərlinin tərənnümündə tam birpoeziyadır, incədir, xəfifdir, gözəldir".

50-60-cı illərinpoeziyasında İ.Səfərlinin də bir şair kimi öz yeri, öz mövqeyi vardı. O öz şairadını və şəxsiyyətini şeirlərində tam ifadə etmişdi. Onun gözəl lirik şeirləriilə yanaşı, "Sınaq gecəsi", "Yaralı nəğmə", "Birincikatib", "Dəfinə" və s. poemaları da olmuşdur. Ancaq onun poemayaradıcılığında böyük ustad Aşıq Ələsgərə həsr etdiyi poeması bədii-sənətkarlıqbaxımından daha mükəmməl idi.

Onunyaradıcılığında şübhəsiz ki, baş mövzu Azərbaycan idi. Şeirlərinin birindəyazırdı: "Bağrıma basmışam Azərbaycanı. Araz bir qolumdur, Kür birqolumdur".

Sinən birağ gümüşdü, gümüşdü,

Gözümhüsnünə düşdü, nə düşdü,

Sahilindəişıqlar qızıldı,

Yel dəydi,göy köynəyin sızıldı,

Sularınçin-çin oldu, Xəzərim,

Ləpəngöyərçin oldu, Xəzərim.

Söyləgörüm, ay dəniz, ay dəniz,

Çimibmi göysinəndə Ay, dəniz?

Ulduzlarxalınmıdır gecələr,

Dalğalaryalınmıdır gecələr?

Saf qoynunadüşübdür güzərim,

Xəzərim, ayXəzərim, Xəzərim.

O, Xəzərhaqqında ehtirassız yaza bilmirdi. Çünki Xəzəri sevirdi, ona gözəllik tablosukimi baxırdı. Bu vurğunluğu biz onun doğulub boya-başa çatdığı Naxçıvana həsretdiyi şeirlərində də görürük.

"Eyaxarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım" deyən şair "İkiCulfa", "Əbədiyyət nəğməsi", "Araz burulub keçir","Qızlar bulağı", "Tanış gözlər", "Gəlmişəm"şeirlərində Naxçıvan torpağının gözəlliklərini poeziyaya gətirirdi.

Bulaqlarınbir səmtədir axarı,

"Salvartı"nınxoş görünür baxarı,

Biçənəkdənat səyirdib yuxarı,

Yalmanınayata-yata gəlmişəm,

Mərcangözlü Batabata gəlmişəm.

Dağ cığırı,hər tərəfim duman, çən,

Boz qayadancüyür ürkdü qəflətən,

Tüfəngimisinəm üstə basıb mən,

Arxasıncaata-ata gəlmişəm,

Mərcangözlü Batabata gəlmişəm.

Vüqarlıdırzirvələrin, qaşların,

Üzü gülürqayaların, daşların,

Mənİslamam, öz səsimi quşların

Nəğməsinəqata-qata gəlmişəm,

Mərcangözlü Batabata gəlmişəm.

İslamSəfərli ədəbiyyat tariximizdə həm də bir dramaturq kimi anılır. Bəlkə də çoxşair və nasir dram əsəriylə tanınmır, onları ancaq şair və nasir kimi yadedirlər. Lakin İslam Səfərlinin elə bircə "Göz həkimi" pyesikifayətdir deyək ki, o ədəbiyyat tarixində həm də dramaturq kimi yaşayacaq. Buəsər əllinci illərin ortalarında qələmə alınmışdı və səhnəyə vəsiqə alandansonra uzun müddət bizim Baş Teatrınrepertuarında özünə yer tapdı."Göz həkimi" pyesi göstərdi ki, İslam Səfərli - lirik duyğularşairi həm də həyatda, gerçəklikdə baş verən hadisələrə dramatik məqamlardan dayanaşa bilir.

İslamSəfərli həyatdan çox erkən getdi. Amma bu işıqlı dünyada öz izini qoydu - birinsan kimi də, şair kimi də. Onun bu misraları bir daha təsdiq edir ki, şairlərölmür, onların ölümü cismanidir, mənəvi həyatlarısa həmişə davam edir:

Yan-yanadıryüz alaçıq,

Gah yamaca,gah yola çıx.

Ürək geniş,süfrə açıq,

Kefim duru,damağım çağ,

Mənə qalanbu olacaq.

Günlərkeçir birəm-birəm,

Bir uğurluyol gedirəm.

Yurdumuzuvəsf edirəm

Əldə qələm,dizdə varaq,

Mənə qalanbu olacaq.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV