ANA SƏHİFƏ / RUBRİKA

"Facebook gündəliyi"

45043    |   2016-10-07 12:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəniAdalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Gülnarə İlham: "Deməli, bir nəfər imkanlı adam içkili halda başqa kasıb adamın maşınını əzib, maşın istifadəyə yararsızdır. İşə polis filan qarışandan sonra məsələ daha da qəlizləşib. Çünki həmin adam kişiyə verəcəyi pulu polisə verib, məsələni kökündən həll edib. Belə yerdə deyirlər, sabahın xeyir, mənim əndrəbadi məmləkətim. Əhd etmişəm, sənin düzəlməyini görmədən ölməyəcəyəm”.



                                                                      ***

Azər Sarıyev: "Xəsis və tənbəl olmayaq, dua edəndə hamıya edək. Onsuz da zəhmətini Allah çəkəcək. Hamınızın bütün vaxtları xeyir olsun!”


                                                                       ***

Ramilə Qurbanlı: ""Alman malları"ndan şampun-filan alırdıq, onun da yolunu tapdı azərbaycanlı, onlar da artıq buralarda doldurulur, vallah insanlıq bizi hələ kəşf eləməyib”.


                                                                      ***


Elyar islam: "Hansı iş elanına, vakansiyaya baxırsan ingilis, rus dili tələb olunur. Dünyanın heç yerində bizim kimi öz dilinə laqeyd olan ikinci bir məkan yoxdur... Hələ görməmişəm ki, hansısa bir iş elanında Azərbaycan dilini mükəmməl bilən birini axtarsınlar... Bilmək olmur ki, bura Rusiyadır, Amerikadır, ya Azərbaycandır ?!”


                                                                       ***

Azər Ayxan: "İnstaqram səhifəmdə son paylaşdığım fotolardan birinə Aygün Kazımovadan layk gəldi. Evdə bunu ictimailəşdirmişdim ki, birdən qeybdən (mətbəxdən) səs eşidildi: "Çox şey eləmə, o səhifə Aygünün deyil, saxtadı". İmkan vermirlər də irəli gedək, inkişaf edək, təbəssümü üzümüzdə dondururlar".


                                                                      ***

Fərid Azəri: "İnsanların ümidini qırmayın. Bəlkə də sahib olduğu yeganə varlığı məhz ümididir...”


                                                                      ***


Mehman Muradlı: "Demәliç bizim psevdo-demokratlar ABŞ-da uzaq qonşu qonşusunun cinayәt törәtmәkdә şübhәli bilib dәrhal polisә xәbәr vermәsini Amerika xalqının yüksәk mәdәniyyәti sayır, amma bizim gәnclәrin "polisә ictima dәstәk"ni isә tәhqir hesab edirlәr”.


                                                                       ***


Sevinc Əlizadə: "Bu ölkədə məmurların "saxla"dıqlarının əlindən bir iş görə bilmirik. Bu yaxınlarda bir məsələ vardı. nömrə veriblər ki, zəng et, bu qadın həll edəcək. Mən də hörmətlə, səliqə ilə danışıram.. Qayıdıb sonda mənə deyir ki:
Narahat olmayın, məni fılankəs saxlıyır, vergi, it-qurd mənə dəymir (gülür).
Özümü qəribə hiss etdim bir anlıq, bir qadın niyə bu qədər özünə bu adı versin ki?”


                                                                        ***


Aygün Muradxanlı: "Zığ tərəfdə "Sevirəm" parkı açılıb. Sabah da Kürdəxanıda "Otururam" parkının təməlini atsalar, şaşırmaram) Kim qoşur bu adları?”


                                                                        ***

Sahib Məmmədov: "Bir ticarət şəbəkəsindən (məşhur ticarət markasıdır) 4 gün əvvəl 35 manat 95 qəpiyə aldığım köynəyi bu gün 39 manat 95 qəpiyə aldıq. İkisinin də çeki əlimdədir:)
Qənaət: Sahibkarların başından qapaz əksik olmamalıdır”.


Sübhan Mahmudov




İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK