adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Oktyabr 2016 18:34
47815
HÜQUQ
A- A+

Vəkil müstəntiqi məhkəməyə verdi

Azərbaycanda vəkil müstəntiqdən məhkəməyə şikayət edib.

Vəkil Elmar Süleymanov açıqlamasında deyib ki, müdafiə etdiyi şəxslə görüşə icazə vermədiyinə görə, Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Malik Bahadurov haqqında şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edib: "Hüquqlarını müdafiə etdiyim, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilən Xalıqov Həbib İlham oğlu ilə görüşmək üçün oktaybrın 3-də müraciət etmişəm. Lakin bizim görüşümüzə icazə verilmədi. Müstəntiq bildirdi ki, istintaqı yekunlaşdıraraq işi məhkəməyə göndərib. Müdafiə etdiyim şəxs saxlanıldığı 3 saylı istintaq təcridxanasının rəhbərliyinə müraciət edərək mənim xidmətimdən istifadə etmək istədiyini bildirib. Mən də Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək
müstəntiqin hərəkətlərinin qanunsuz hesab edilməsi, müdafiə etdiyim şəxsin hüquqlarının bərpa olunmasını istəmişəm. Ərizəmə yaxın günlərdə baxılacaq”.