GƏL, GEDƏK GÖYLƏRƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
65688 | 2016-10-06 16:17

Sabir Abdinə əlboyda məktub

Özümdən asılıdeyil. Qarşılaşdığım hər kitabı, hər sözü mütləq vərəqləməli, oxumalıyam. Eləki, işin bu ilk addımını, yəni başlanğıcını etdimsə, onda o kitab, o söz yaddaşıma yazılır. Təbii ki,onu ürəyim, duyğularım qəbul edirsə yaddaşıma yazılandan sonra da işin ikinciaddımı başlayır. Yəni yaddaşıma yazılan mənim rahatlığımı əlimdən alır, təkrar-təkraro kitaba, o sözə dönürəm. Onu gah rəfə qaytarıram, gah da rəfdən yazı stolumunüstünə. O vaxta kimi ki, mənim rahatlığımı əlimdən alan kitab, söz məni dilləndirir.Başlayıram içimdə danışmağa... sonra həmin o danışdıqlarımın yazı formasıcanlanır gözümün önündə və bir də görürəm ki, bilgisayarın önündə dayanmışam,diqtə edirəm. Bax, elə indiki kimi...

Bəli, mən SabirAbdini hələ tələbəlik dövründən tanıyıram. Dövlət Universitetində oxuduğum illərdənsöz bizi birləşdirib, şeir bizi ruh qardaşı edib... sonra da kitabları. İllahda ki, bəstəkarların nəğməyə çevirdikləri bir-birindən yatımlı, bir-birindəndüşündürücü, həm də insanın könlünü oxşayan musiqili şeirlər...

Bilmirəm, istədiyimiifadə edə bildim, ya yox, amma Sabir Abdinin "Bir payız günü","Mənə dəniz verin", "Dənizə baxıram"... və digər nəğmələriməni nostalji duyğular üzərində kökləyir, xatirələrin əsiri oluram."Əsirlik" demişkən, Sabir Abdinin işğal altından olantorpaqlarımızla, xüsusilə Füzuli şəhəri ilə bağlı yazdığı "Füzuliyə qaryağır" şeiri... Dinləyirəm, oxuyuram, hər şey yerli-yerində... hər şeyinsanın qəlbinə, ruhuna, düşüncəsinə hakim. Bax, bu artıq poeziyadı, bu artıqşairlikdi!..

Sabir Abdininyeni kitabı "Yazıçı" nəşriyyatında "aybKitab" layihəsi çərçivəsindəişıq üzü görüb. Onun ön sözünün müəllifi, professor, çox dəyərli ziyalımızNizaməddin Şəmsizadədir. Bu xatırlatmanı sadəcə oxucu diqqəti üçün edirəm. Ammakitabın özü mənim üçün poeziya çələngi kimi daha önəmlidir. Çünki "Mən dəbir vətənəm" deyən Sabir Abdin həqiqətən ustalıqla fikri, duyğunu sözə çevirib. Və o söz həm dəcanlı, hərəkətdə olan, diri və yaşayan sözdü. 

Şair yazır ki:

Mən də bir Vətənəm,-

Qana qan demirəm,qanım durudu,

Tökülən qanlarıtorpaq qurudur.

Ürəyim gözümünsevgi yurdudu...


Zənnimcə, buşeirin hər bir misrası həm müstəqil, konkret fikirdi, həm də dördü birlikdə həmino konkret fikirlərin dayaq nöqtəsi olan Vətənin sözlə ifadəsidi. Ona görə dəmisraların hər birini ayrılıqda iqtibas gətirmək, nümunə də göstərməkmümkündür. Hətta mənim qənaətimə görə,onlar özü-özlüyündə bir şair aforizmidi.

Mən SabirAbdinin şeirlərində ən çox müstəqil və səmimi fikrin şahidi oluram. O, müraciətetdiyi predmeti, obrazı o qədər səmimi şəkildə şərh edir ki, oxucu bir anlıqdüşünür. Bəlkə də bu misraların müəllifi mən özüməm?! Məsələn:


Atamın əlləri

sərilib göy üzünə...

başımın üstündə

bir haraydı, birhaydı...

Atamın əlləri

qabar-qabar

Çat bağlamış daşkimidi.

atamın əlləri

saxlar göy üzündə

buludları

sıxarovcuna.

Obuludlar bir sığal idi,

indidə bir nağıldı

Atamınəlləri.

İndidə bir heykəldi,

birdəlidi,

Tanrınınbir cüt əlidi.

Tanrım

qoy,öpüb oxşasın

oəlləri

özəlləri kimi...


Zənnimcə,bu şeirdəki fikir yükünü, onun rəsm cizgilərini, üstəlik də onun hərəkətinintrayektoriyasını şərh etməyə ehtiyac yoxdur. Çünki o, hər birimizin atasının əllərikimi gözümüzün qarşısındadı. Biz o əllərinhalallığından üzü Tanrıya tərəf gedirik. O halallıq bizi Tanrının əllərinəçevrilən ata əllərinin biləyindən yapışıb üzü yuxarı aparır.

SabirAbdin bax elə mən oxucunu o ata əlininişığıyla bir istiqamətə yönəldir və deyir ki: "Gəl, gedək göylərə".Bax, öncə dediyim o fikrin istənilən bir misradakı tamlığı, bütövlüyü burda daüzə çıxır. Yəni sübutaaxtarış verməyə ehtiyac qalmır. Çünki şair yazır:

Əllərim üzünüörtə bilməsə,

Üzümü örtəcək sənintellərin,

Qəfildənyıxılsam, köməyim olar,

Sənin uşaq kimikövrək əllərin.

Bir anlıq uşaq əllərinigözünüzün önünə gətirin. Görün necə ipək kimidi, görün nə qədər adamın öpmək,gözlərinə, ürəyinə təpmək istədiyi bir səviyyədədi. Çünki o, namərdliyə, çirkə,haramlığa, heç nəyə toxunmayıb, heç nəyə bulaşmayıbdı. Göy üzü kimi tər-təmiz,ana südü kimi ruh oxşayan, qəlb sığallayandı. Bu misranın poetikləşməsi onugöstərir ki, şair qarşısına qoyduğu missiyanı, yəni sevdiyinin əllərinin təkcəhərarətini yox, onun necəliyini yox, həm də onun oxşamaq, xilas etmək,yaşatmaq, sevindirmək imkanını da oxucuya çatdırır. Və yenə həmin o əllərinbaşqa bir şeirdə, başqa təqdimatda imkanlarını açıb qoyur ortaya və yazır:

Əllərim üzünüörtə bilməsə,

Qoy örtsün üzümübir ovuc duman.

Dağlarnağıl desin, bir əlçim bulud,

Ruhumuoxşasın mənim anbaan.

Bu,şairin əllərinin gücsüzlüyü deyil. Əksinə, bu onun əllərinin bir ovuc dumanboyda olmasını xatırlatmaqdı... Bir ovuc dumanın gücündə olmasınıpıçıldamaqdı... Və bir də o əllər o dumanla eyniləşib şairin yaşadığını oxucuyagöy üzündən söyləməkdi!..

Görürsünüzmü,əllər ancaq Tanrı ətəyindədi.

Bəli,mən ruh qardaşım, şair dostum Sabir Abdini əl içi boyda olan kitabı haqqındaancaq əlləri düşünərək, onun təqdim etdiyi əllərdən tutaraq duyğularımı, düşüncələrimisizə çatdırıram. Və özüm də çox yaxşı bilirəm ki, "Adını sən seç..."kitabı hələ məni çox özünə çəkəcək, öz əhatə dairəsində çox saxlayacaq. Özü də məhz həmin əllərin gücüylə. Mən dəbu əllərin gücünə inamla kitabın uğuruna sevindiyimi bir sözlə ifadə etmək istəyirəm:

- Bəli qardaş, sənmənə və bütün oxuculara dedin ki, "Adını sən seç..."? Mən də seçdim və deyirəm:

- Gəl, gedəkgöylərə, açılıb yollar...



TƏQVİM / ARXİV