adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Oktyabr 2016 13:30
104977
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                         ***

1.Jalə Mütallimova: "Bir birimizi o vaxt görürük ki, indiyəcən görməzdən gəldiyimiz adamın başına ya böyük faciə gəlir, ya da ağır xəstəlik tapır. Oysa insanları bu fəlakətlərəcən görmək lazımdır ki, it-bat olub getməsinlər. Onsuz da məmləkətin insan defisiti var”


                                                                        ***


2.Zaur Baxşəliyev :

+ Sən cavan, ağıllı, kreativ və bacarıqlısan?

- Bəli

+ Ambisiyalı, özünə güvənən və yeni ideyalara malik birisən?

- Bəli

+ Yaxşı, get ora Məzahir dayıya de ki, sement qarışdırılan yerə aparsın səni, lapatkanı da götür dərhal işə başla.

                                                                      ***


3.Təranə Xudabaxşıyeva: "İnsanlar nə qədər çox qorxaq olacaq, bir o qədər çox əziləcək!.”



                                                                     ***


4.Cəlil Cavanşir: "Mənə lazım deyil adamlar məni başa düşsün. Mənə lazımdır ki, adamlar həssas və anlayışlı olsun... "



                                                                      ***


5.Vüsalə Məmmədova:”Qan Turalı deyir ki, "əsrlərdir ədəbiyyat kişilərin nəzarətindədir"

Guya nə kişilərin nəzarətində deyil ki? Kişilərin özündən başqa

Amma nəzarətdən də böyük TƏSİR var. Ədəbiyyatda əksər hallarda qadından təsirlənmələr var. Əsərlər ya qadına yazılıb, ya da qadının diqqətini cəlb etmək üçün...

Ümumiyyətlə, qadın sevgisinə gərək duymayan kişi özünə əziyyət verib heç nə eləməz. O bizik, gecə-gündüz vəhşi kimi işləyib özümüzü təsdiqləməyə çalışırıq ki, "qadın olmağıma baxma", belədi, belədi, belədi...

Səmimi danışsaq, kişiləri yazının üstündən paltarları maşından çıxardıb ipə sərim, yeməyi hazırlayım, paltarı ütüləyim, evi təmizləyim, çay dəmləyim, filankəs ac qaldı, o çağırdı, bu nə isə istədi və s. kimi məhv edən problemlər qaldırmadığını nəzərə alsaq, çox zəif yazırlar

Və bəyənmədikləri qadınların yuxarıda sadaladığım dərdləri olmasa, nələr yazarlar, nələr... Yazı üzərində işləyərkən çay üçün qalxmırsan, özü gəlir e... bilirsiz nədir...

Bütün xanımlara çalışarkən bir stəkan çay verən yaxınlarından allah razı olsun Elə kişilərə də, çünki onlara da bu jesti edən qadınlardır. Uğurunun sevincini həmin xanımla paylaşan bütün kişilərə ikiqat uğur arzulayıram!”

                                                                         ***


6.Yusif Məhəmmədoğlu:"Saxtakarlıq, riyakarlıq, yalan, özündənrazılıq...bütün bu çatışmamazlıqları özündə birləşdirən varlıq adam sayıla bilməz.....”


                                                                         ***


7.İradə Cəil: "Əslində yaşamaq çox asandır - atam öləndən sonra anladım ki, pul qazanmaq, bütün problemlərin öhdəsindən gəlmək, bacarmaq, qorxmamaq çox asanmış. Yəni həqiqətən də Allah insanı elə yaradıb ki, öhdəsindən gələ bilməyəcəyi heç bir problem yoxdu. Buna görə də hər nə yaşayırsınız fərq etməz güclü olun, siz bunun da öhdəsindən gələcəksiniz. Mən çox zaman problemlə qarşılaşanda düşünürəm ki, nədir sonu ölüm olacaq? olsun da edəcəyəm. Və qalib mən oluram. Ən pisi gözə alıb problemin üzərinə getmək qələbəni əldə etmisən deməkdir. Gününüz aydın olsun, siz güclüsünüz”.


                                                                         ***


8.Murad Məmmədov: "Uğursuzluq yaşamaqdan qorxmayın. Hər bir uğursuzluq bizə yeni bir təcrübə yəni güc qazandırır. Hər bir məğlubiyyət bizi uğura bir addım daha yaxınlaşdırır. Bəzən qələbə qazana bilmək üçün məğlubiyyəti dadmalısan. Məsələn cənnətə düşmək üçün oradan qovulmaq lazım olduğu kimi.”.


                                                                         ***


9.Şəhla Cabbarlı: "Mən hər gün cəmiyyətdə elə insanlar görürəm ki, Tanrıya minlərcə şükür edirem. Həqiqətən yaradanın eybəcərlikləri və sağlamlığından məhrum insanları bizim qəflət gözümüzü açmaq üçün yaratdığına inanıram”.

                                                                          ***


10.Ruhanə Paşazadə: "Həqiqətən de pul tam xoşbəxtliyi insana vermir,məsələn əsl sevib və sevilmək kimi..”


Sübhan Mahmudov