adalet.az header logo
  • Bakı 20°C
01 Oktyabr 2016 16:10
8486
MƏMLƏKƏT
A- A+

Zığ-hövsan yolu bağlanacaq

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.

Adalet.az xəbər verir ki, bu haqda "Azəravtoyol” ASC məlumat yayıb

Məlumata görə, bu səbəbdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan ( beton yol ) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.
"Azəravtoyol” ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.