adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Oktyabr 2016 15:03
5664
HADİSƏ
A- A+

Piyadanı vurub qaçan sürücü tutuldu

Sentyabrın 29-da saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Feliks Bayramov vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Adalet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Kia” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır