adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Oktyabr 2016 15:02
6174
HADİSƏ
A- A+

Gömrükdə qaçaqmal siqaret ələ keçirilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Adalet.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlamadan əvvəl nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olub-olmadığı barədə sorğu-sual edilən sürücü gömrükçülərə "yox” cavabı verib. Nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə sürücünün gömrük əməkdaşlarını aldatmağa çalışdığı üzə çıxıb.

Belə ki, avtomobilin salonundan və mühərrik yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan, bir hissəsi isə Gürcüstan Respublikasının aksiz markası ilə markalanan ümumilikdə 3 adda 6800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.