adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Oktyabr 2016 13:56
7596
GÜNDƏM
A- A+

Minskdə “Nar bayramı” olacaq

Bu gün Minskdə "Nar bayramı” adlı Azərbaycan Mədəniyyəti Günü keçiriləcək.

Bayram münasibətilə zəngin konsert proqramı hazırlanıb. Proqramda milli Azərbaycan musiqisi, xalq rəqsləri və başqa tədbirlər nəzərdə tutulur. Bayramın qonaqları üçün Azərbaycan milli yeməklərinin hazırlanması, nar şirəsinin sıxılması üzrə ustad dərsləri, milli üslubda fotozona, habelə arzu edən hər kəsin nərd oynaya biləcəyi meydança təşkil edilib. Bayrama gələnlər burada parlaq bir idman yarışına – milli Azərbaycan güləşinə tamaşa etmək imkanına malik olacaqlar.

Minsk sakinləri və Belarus paytaxtının qonaqları Azərbaycan mətbəxinin nümunələrini dadacaq, onlar üçün şirniyyat və çay süfrəsi açılacaq. Azərbaycanın nadir nemətlərinin satış-sərgisi nəzərdə tutulur.