adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2016 17:05
6168
MƏMLƏKƏT
A- A+

Layihə davam etdirilir

"İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Oğuz rayonunda olan "SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsi davam edir.

Adalet.az xəbər verir ki, layihənin ikinci günü Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ''SAY:Volunteering Festival'' layihəsinin gəncləri ilə görüşüb. Gəncləri maraqlandıran çox sayda sualı ətraflı olaraq cavablandırıb.

Layihə müddəti ərzində təlimçilər iştirakçılarla görüşüb "Könüllü Birliklərinin Komanda quruculuğu", "Effektiv ünsiyyət vasitələri" kimi mövzularda təlim keçiblər.Təlimçilər sual- cavab edərək iştirakçıları daha yaxından tanımağa çalışıblar. Komanda birliyi haqqında , ideal lider və komanda üzvü yoxdur, ideal komanda var, effektiv ünsiyyət kimi mövzularada maraqlı mühazirələr söyləyib, müzakirələr apararaq təlimi daha da maraqlı ediblər. Layihənin məqsədinə uyğun olaraq gənclərin bilik və bacarıqları təlimçilər vasitəsilə daha da artırılıb, yeni fikirlər irəli sürülüb.

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası milli komandasının üzvü, təlimçi Şəhriyar İsmayılov tərəfindən gənclər" Səmti Müəyyən Etmə" təlimində olduqdan sonra praktiki hissədə labirint oyununda mübarizə aparıblar.

Layihənin üçüncü gününün birinci hissəsində isə gənclər Dağa yürüş təşkil ediblər.