adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Sentyabr 2016 17:42
49580
HÜQUQ
A- A+

Sürücülük kateqoriyaları ilə bağlı YENİ TƏKLİF

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Adalet.az  xəbər verir ki, Report-un məlumatına görə, layihə haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan ("B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), tramvayları, trolleybusları idarəetmə hüququ 21 yaşdan, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 26 yaşdan (65 yaşadək və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.