adalet.az header logo
  • Bakı 20°C
30 Sentyabr 2016 17:09
49503
HÜQUQ
A- A+

Vergi orqanına yeni səlahiyyət verildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, dəyişikliyin məcəllənin 24.0.2-1-ci maddəsində edilməsi nəzərdə tutulub.

Belə ki, indiyədək vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət edirdisə, bundan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.