...Sadə Qabil

ETİBAR CƏBRAYILOĞLU
57110 | 2016-09-30 16:50

Yerimizin səhv düşməsini müsibət sayan Xalqşairinin 90 illik yubiley mərasimində bir daha aydın oldu ki, ümid yalnızAzərbaycan əsgərinə qalıb

90 il əvvəl Bakıda dünyaya göz açan şairin rəsmisoyadı İmamverdiyevdi, ilk şeirlərini Nikbin təxəllüsü ilə yazıb. Bir müddətsonra pasportda yazılan familiyasını necə deyərlər, dincə qoyub, təxəllüsündəndə imtina edib. Qabil kimi tanınıb, oxucularının da, rəsmi dairələrin dəhörmətini qazanıb. Xalq şairi, Dövlət mükafatı laureatı, "Şöhrət” və "İstiqlal”ordenli Qabilin yubiley mərasimi də elə sıravi oxucularının və hökumətadamlarının iştirakı ilə keçirildi.

"Gedən yerim olaydı...”

Müslüm Maqomayev Dövlət Filarmoniyasında təşkilolunan yubiley mərasimini Mədəniyyət və turizm nazirinin birinci müavini VaqifƏliyev açaraq Qabili müasir ədəbiyyatımızın görkəmli nümayəndələrindən birikimi xarakterizə etdi: "Hər bir yazıçı, şair yaratdığı əsərləri ilə yanaşı, şəxsiyyətkimi də tarixdə xüsusi izlər qoyur, xalqının yaddaşında bir obrazformalaşdırır. Əminliklə söyləmək olar ki, Azərbaycan xalqının yaddaşında Qabilobrazı həqiqəti, düzlüyü həyat əqidəsinə çevirən, bütün haqsızlıqlara səsiniqaldıran, kamil vətəndaş, vətən təəssübkeşi və mübariz şair kimi canlanır.

Şair yaşadığı dövrün ən mühüm ictimai-siyasihadisələrinə biganə qalmayıb, bütün təsir və təzyiqlərə baxmayaraq özvətəndaşlıq mövqeyini bildirib”.

Vaqif Əliyev qeyd etdi ki, Qabil əsl Xalq şairikimi ilhamını xalqdan alıb: "Qabil özünəməxsus yaradıcılığı, ideya və təfəkkürtərzi ilə ana dilimizin bədii imkanlarından istifadə edərək poeziyanın mövzu,üslub baxımından rəngarəng nümunələrini yaradıb. Onun yaradıcı təfəkkürününməhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinahəngi, xəlqiliyi, milli koloriti ilə seçilib. Bütün bu yaradıcı özəlliyinarxasında xalqdan ilhamlanan və güc alan bir şairin olduğunu düşünmək çətindeyil”.

Mədəniyyət və turizm nazirinin birinci müaviniyubilyarın daim dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğunudiqqətə çatdırdı: "Biz hamımız, Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin şairə necə dəyər verdiyinin, ona böyük diqqət və qayğı iləyanaşdığının şahidi olmuşuq. Ulu Öndərin şairin 70 illik yubiley gecəsində onunşəxsiyyəti və poetik istedadı haqqında söylədiyi fikirlər bütün qabilsevərlərtərəfindən hər zaman xoş bir xatirə kimi böyük fərəhlə xatırlanacaq. Qabilfəxri ada, Ulu Öndər Heydər Əliyev və Prezidentimiz İlham Əliyev tərəfindənAzərbaycanın ali mükafatlarına- "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltifolunub”.

Vaqif Əliyevin sözlərinə görə, öz əsərləri ilə gəncnəsildə vətəndaşlıq hissləri aşılayan Qabilin yaradıcılığı barədə ən yaxşı sözüzaman özü deyəcək.

Harasa gedən yerim olaydı,

Çətin bir ünvan axtaraydım,

Gəlişimə inanmayan,

Gəlişimi gözləməyən

İnsan axtaraydım.

Raketdən sürətli nə var dünyada,

Təki...

Gedən yerim olaydı...


Həzinlik poeziyası və ya "Tramvay parka gedir”

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anaryubilyar haqqında fikirlərini bölüşdü, Qabilin yaradıcılığını həzinlikpoeziyası adlandırdı: "Bu gün 90 illik yubileyinə yığışdığımız QabilinAzərbaycan ədəbiyyatında xüsusi yeri var. Mən onun yaradıcılığı, şəxsiyyətibarədə bir neçə məqalə yazmışam. Qabilin poeziyasını həzinlik poeziyasıadlandırardım. Onun "Tramvay parka gedir”, "Gedən yerim olaydı”, "Səhv düşəndəyerimiz”, "Ümid sənədir ancaq...” kimi şeirlərində bu həzinliyi duymaq olur.

Qabil ilk şeirlərini Nikbin imzası ilə yazıb, ammasonra təxəllüsdən imtina etsə də, son günə kimi nikbinliyindən qalmadı”.

Qabilin Sabir Poeziya Günlərinin keçirilməsindəböyük əməyi olduğunu xatırladan Anar mərhum şairin Yazıçılar Birliyindəki fəaliyyətinidə yüksək qiymətləndirdi və bildirdi ki,o, həmişə saf, sadə Qabil kimi xatırlanacaq.

Gecə saat bir

Tramvay parka gedir.

Cingildəyir şüşələr,

Boş vaqonda bilinir

Bu cingilti bu qədər...

... Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın kəmərinə toxunur.

Yumulu gözlərindən hər şey açıq oxunur...

"Çadırlara öyrəşməyin!”

Filologiya elmləri doktoru, professor BuludxanXəlilov Qabilin yaradıcılığından danışdı, bənzərsiz şair və əsl vətəndaş kimiməziyyətlərini qeyd etdi: "Xalq şairi Qabil istər yaradıcılığında, istərsə dəinsan kimi gündəlik həyatında Azərbaycan dilinin saflığına çalışırdı. O,vətənini, dövlətini sevən bir insan idi, həyatı boyu haqsızlığa qarşı mübarizəaparırdı. Dövlət mükafatına layiq görülən "Nəsimi” poemasını ancaq Qabil kimikişi xarakterinə malik şairlər yaza bilərdi. Qabil bu gün aramızda olmasa da,o, həmişə canlı və diridir”.

İmarətə tən olsa da,

Pəncərəsi gen olsa da,

Dövrəsi gülşən olsa da,

Çadırlara alışmayın!


"Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”

Xalq artisti Mələkxanım Əyyubova, Naxçıvan MuxtarRespublikasının Əməkdar artisti xanəndə Ehtiram Hüseynov, istedadlı müğənniRövşən Əziz öz ifaları ilə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin hazırladığıtədbiri daha canlı və maraqlı etdilər.

Xalq artisti Sabir Məmmədov, əməkdar artistlərAğalar Bayramov, Almaz Amanova, Elşən Cəbrayılov tədbir boyu şairin dillərəzbəri olan şeirlərini yüksək ustalıqla səsləndirdilər.

Səhnəyə hərbi geyimdə çıxan balaca Tuncayla Yusifyubileyə gələnlərə duyğulu anlar yaşatdılar. Tanınmış jurnalist ElşadEyvazlının bu iki istedadlı övladı Qabilin "Ümid sənədir ancaq, Azərbaycanəsgəri!” şeirini söylədilər.

Yelləsin sülh bayrağı,

Bu bayrağa kəm baxan,

Həm baxmayan,

Həm baxan.

Bədgüman istəmirəm.

Sevindirsin milləti

Qoy sülhün xoş xəbəri.

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Sonda səhnəyə çıxan Xalq şairi Qabilin gəlini Sevincİmamverdiyeva yubiley mərasiminin təşkilatçılarına, iştirakçılarına vəqonaqlara ailə üzvləri adından minnətdarlığını bildirdi.


Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV