ANA SƏHİFƏ / YAZARLAR

BİTMƏYƏN YOLLAR

Əbülfət MƏDƏTOĞLU

29874    |   2016-09-30 16:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O həm də bitməyən ömürdü

Adətən yazını yazmağa başlayanda ağlıma gələn ilk fikri təkrar-təkrar içimdən, ağlımın süzgəcindən keçirirəm. İstəmirəm ki, bu ilk söz, ilk ifadə hardasa qəlbə toxunsun, hardasa diqqətdən kənarda qalsın. Ona görə də ilk fikri sözə, yazıya köçürmək çətin olur mənim üçün. Elə ki, sözün ip ucunu tapdım, onda başlayıram çözməyə. Yollar da belədi mənim üçün. Çətini yola çıxmaq qərarını verənə kimidi. Necə deyərlər, pencəyimi çiynimə atdımsa, demək… yolçu yolda gərək. Amma bax o pencəyi asılqandan götürənə qədər min dəfə fikrimi dəyişirəm, min dəfə çək-çevir edirəm, gedim, getməyim. Ona görə də mənim hara, nə vaxt gedəcəyim əksər vaxtlarda gözlənilməz olur. Hətta ailədə də mənim bu xasiyyətimdən narazıdılar. Çünki gözlənilmədən oturduğum yerdən qalxıb «durun getdik» deyirəm. Və yaxud da evdəkilər səfərə hazır vəziyyətdə dayanıb, hətta necə deyərlər, özlərini bu səfərə yüzdə yüz hazırladıqları bir vaxtda «mən getmirəm» deyib hər kəsin üstünə soyuq su ələyə bilirəm. Odur ki, mənim yolla bağlı qərarlarım ailədə birmənalı şəkildə həmişə sürpriz olub. Bax elə oxucuların yadındadısa Naxçıvana səfərimlə bağlı heç kimə heç nə demədən, yalnız hava limanında qeydiyyatdan keçməyə bir saat qalmış əl çantamı götürəndə evdə söylədim ki, mən gedəsi oldum. Hamı da təəccüblə «hara?» deyə soruşdu. Mən də sakit şəkildə «Naxçıvana!» dedim və beləcə həmin o yolçuluğu, ürəyimin istəyini gerçəkləşdirdim və gördüm ki, bu dünyada heç bir yol bitmir. Biri o birisindən başlayır… biri o birisinin davamıdı və yaxud da əvvəlidi. İnsan da ayağı yer tutandan yoldadı. İstəyə, arzuya, mala-mülkə, əqidəyə və digər ünvanlara doğru gedir. Amma maraqlıdır ki, hərənin öz yolu var. Əgər fikir vermisinizsə, bəzi həşəratlar və yaxud böcəklər bir yolla gedib gəlirlər. Amma insan yer üzündə öz sayı qədər yol açıb, cığır açıb, iz salıb. Bax, bu mənada yollar bitmir ki?! Heç bitməyəcək də. Bilirsiniz niyə?..

Bəli, yollar ona görə bitməyəcək ki, nəsil deyilən bir anlayış da var. Biz bir xalq olaraq özümüzdən əvvəlki yeddi babamızı tanıyırıq və onu özümüzdən sonrakına da ötürürük. Yəni şəcərə deyilən bax, burdan yaranır. Bunun özü də bir yoldu. Əgər mən yeddinci babamdan üzü bu günə, mənə və məndən sonra olan övladımda o yolu görürəmsə, deməli o yollar bitmir. Sadəcə olaraq, onun adı dəyişir. Nəm nişanı olduğu kimi qalır, sözü-söhbəti cilalanır və nəhayət, bir də yolun zaman anlayışı yenilənir. Builki yol, ötənilki və yaxud da ondan öncəki yol elə həmin yoldu. Bir nəğmədə deyildiyi kimi: «Dünya həmin dünyadı, çiçəkləri təzə, tər».

Bəli, mən yollarla bağlı söylədiyim fikirlərin bir nöqtəsində dayanıram. Özü də elə-belə səbəbsiz yox. Çünki yollarda dayanacaqlar da, vağzallar da var. Orda kimsə düşür, dincəlir, kimsə o yolun yeni davamçısı olur. Bu mənada ən maraqlısı qatar yoludu. Çünki qoşadı. Qoşa, cüt olmaq insanı həmişə sıxıntılardan qurtarır, fikrini yayındırır, qayğısını azaldır. Mən fikir vermişəm, qatarlar həmişə yolları elə bil ki, döyəcləyə-döyəcləyə gedirlər. Onların səsi sanki yolları oyadır, onlara mürgüləmək imkanı vermir. Bir növü yolları diri, canlı saxlayır. Üstəlik, o diri yollar da onun üstüylə hərəkət edən qatarın və sərnişinlərin tələbləriylə razılaşır, ona tabe olur. Və bu anlaşma həm yolun özünün mahiyyətini qabardır, onu yaddaşa köçürür, həm də səfəri maraqlı edir. Bir az da sadə bir formada ifadə etsəm, bir nəfərin sükan arxasında oturub təkbaşına beş-altı yüz kilometr yol qət etməsiylə, bir nəfərin bir qatarın bir vaqonunda yol getməsi arasında yerlə göy qədər fərq var. Çünki o vaqonun içində insan nəfəsi olur… Çünki o yolu diri saxlayan var, onu döyəcləyən var. Bax, bütün bu söylədiklərimin alt qatında mənim əsas məqsədim yol sahibi olmaq fikrini önə çıxarmaqdı. Şükürlər olsun ki, yetərincə yol sahibi olanlarla yanaşı, yola üz qarası olanlar da az deyil. Neyləyək, bu da belə bir həyatdı. Ağla qara, yaxşıyla pis bəzən qoşa dayanır, yanaşı durur.

Mən filosofluq etmək niyyətiylə demirəm bunları. Və deyib yazdıqlarımı da onunla əsaslandırıram ki, yol sahibi olmaq niyyətindəyəm, bu amacla, bu məqsədlə yaşayıram. Onun gerçək olacağına içimdə şübhə yoxdu. Hələ üstəlik onu da bilib inanıram ki, mənim məqsədim olan yol qatar yolu kimi qoşa olacaq… sevincimlə həsrətim yanaşı yeriyəcək… bu yolu diri saxlayacaq…

Kimsə buna inanmaya bilər. Amma mən bilirəm ki, inananlar da olacaq və var. Və o inanan yolun kənarında və yaxud vağzalında oturub gözləyir. Mən isə…


Gecikən qatarların

sərnişinləri

onları

vağzalda gözləyənlərin

nigarançılığını da

yaşayır…

bu qatarlar

özləri də

istəmədən

gecikənlə

gözləyənin

üst-üstə düşən

zaman kəsiyindəki

əsəbi də daşıyır…

gediş haqqı ödəmədən!


***

Neçə gündü ki, Bakıda, bütövlükdə bütün məmləkətdə hava durumu dəyişib, olub boz-bulanıq. Gah yağış yağır, gah gün çıxır, gah külək əsir. Bir sözlə təbiət cilovsuz at kimi istədiyi səmtə çapır. Biz də onun bütün nazını çəkməyə məhkumuq. Çünki təbiətə qarşı insan yaranışdan acizdi. Söhbət təbiət hadisələrindən… yəni yağıntılardan… küləkdən… günəşdən… zəlzələdən gedir. Bu yerdə bir əlac var. O da özün-özünü birtəhər qorumaqdı. Doğrudur, indi bizim paytaxtda, eləcə də bəzi bölgələrdə insanların günahı üzündən də yağışın nazını yox, əzabını da çəkməli oluruq. Neyləyək? Bura Bakıdı, bura bizim şəhərimizdi. Şair dostum demişkən, «başqa şəhərimiz yox». Hə, deməli, bax bu təbiət söhbətini ona görə dilə gətirirəm ki, yağış da yerlə göy arasında yol gəlir. Yəni onun da yolu var. Qopur göy üzündən və gəlir qarışır torpağa. Adama da elə gəlir ki, bitdi onun yolu. Amma yox. Yenidən buxar şəklində gəldiyi yolu üzü geri qayıdır yağış. Gəlib-gedəndə izi qalır həyatımızda, həyətimizdə… Biz də bu həyatın, bu həyətin adamlarıyıq. Ona görə də bu izlərin bizdə yaşayacağına, bizdən də sonrakılara keçəcəyinə heç şübhəniz olmasın. Axı göy üzündə həmişə bulud var, özü də dolmuş bulud. Yer üzündə insanlar. O yağış öz yolunu gələcək, biz insanlar da o yolun hardan başlayıb və bir daha hara qayıdacağını bildiyimiz halda başımızı aşağı salıb öz işimizi görməyəcəyik. Ya yağışa şeir yazacağıq, ya yağışın artıq selə çevrilmiş suyunu, səmtini dəyişəcəyik, ya da qol-qola girib yağış altında gəzəcəyik. Məncə sonuncu daha gözəl variantdı. Ən azından üst-başımız kimi ruhumuz da yağış suyunda yuyunacaq. Amma belə məqamda hərdən mənim yağışa yazığım gəlir. Bu boyda yol gəlir, amma qədri-qiyməti bilinmir. Deməli…


Şəhərə

yağan yağış

asfalt

küçələrdə

qol-budaq olur-

damlalar çiliklənir…

kəndə yağan yağış

becərilən əkinlərdə

bağ-bağçada

yaşıl budaq

yarpaq olur-

çiçəklənir

yağışın da

adamlar tək

bəxti fərqli

gah gətirir,

gah gətirmir…

yağışlar…

özləriylə

heç nəyi bitirmir

nə də itirmir!..


***

Yazımın əvvəlində vurğulamışdım ki, içimdəki ilk fikri sözə çevirib kağıza köçürmək elə-belə başa gəlmir. İndi yəqin hiss elədiniz bu yazını oxuyanda həmin o dediyimin nədənini. Ona görə də tam arxayın, necə deyərlər, sərbəst bir şəkildə yol məsələsinə təkrar dönürəm. Ədəbiyyatda da yol söhbəti, yol məsəli var, sevgidə. Məhəbbətdə də ən maraqlısı budur ki, sevginin, məhəbbətin ədəbiyyatdakı ən böyük yolu mənə görə Füzulinin, Məcnunun yoludu. Füzuli babamız Məcnun timsalında, Məcnun dilində o yolu ifadə edib, o yolu göstərib. Biz də o yolun yolçularıyıq – olublar, olmuşuq, olacaqlar. Çünki bu bir əbədiyyət yoludu. Olumdan ölümə gedən yolun paralelidi. İnsan doğulur, anlayır və sevir. Gedir o yolla. Onunla çiyin-çiyinə də olumu, yəni doğulmağı, anlamağı və ölümü yanaşı gedir. Sevgiyə qovuşur və bu da onun əbədiyyəti olur. Qazanır o əbədi sevgini. Qonşuluqda da onu gözləyən əbədiyyətin qapısının açarı olur əlində. Heç də təsadüf deyil ki, olumdan ölümə doğru gedən insan olumdan sevgiyə də bax eləcə başı aşağı, içi qayğı dolu, fikri dolaşıq və bəzən də döyüşməklə, vuruşmaqla, ya da diş-dırnaqla gedir beləcə…

Görürsünüz, insanın yolunu? Məncə bu barədə düşünmək suallara cavab tapmaq şansı vermir. Ona görə ki, burda suallar da çoxdu, cavablar da. İnsan da itib-batır bu sual-cavabda. Mən şəxsən Məcnunun yolunu öz düşüncəmə, öz dərketməmə görə elə bilirəm ki, gözüyumulu gedə bilərəm. Etiraf edim ki, elə belə də edirəm. Amma hərdən gözümü açıb baxıb görürəm ki, Məcnun getdiyi yolun özündə deyiləm, onun kölgəsi olan yolun üstündəyəm. Bax, Füzuli babamın qüdrətinin bir nümunəsi də burda çıxır ortaya. Lakin nə olur-olsun Məcnun yolu əbədiyyət deməkdi, əbədiyyətə gedib çatmaq deməkdi. Bunu kimsə mənə dandıra bilməz, çəkindirə bilməz məni bu yoldan. Axı, bu bitməyən yolun nümunəsi olan əbədiyyət yolu orda, cənnətdə də öz işini görür, öz naxışlarını vurur. Və biz də əminik ki, cənnətdə də həyat var, cəhənnəmdə olduğu kimi.

Mən isə bütün bu yol məsələlərini bir kitab kimi, bir dəftər kimi qatlayıb qoyuram cibimə. Özü də ürəyimin üstündəki cibimə. Axı hər şey ürəyimdən başlayır. Ona görə də:


Qazanmışam bu adı

Həsrət məni budadı…

Bu bir sirri xudadı-

Çözülməz!


Qəm çəkirəm, qəm-qədər

Kiprikdəki nəm-qədər!

Dəm olmaq da dəm qədər-

Dözülməz!


Sev, sevginlə boy at da

Tər və yaxud boyat da…

Bil, sevgidi həyatda -

Bezilməz!


Hə, yollar bitmir. Bu mənim inancımdı. Sizdə necədi deyə bilmərəm. Amma təkrar olsa da, gəlin yadımızda saxlayaq:

- Bitməyən yollar həm də bitməyən ömürdü! – mənim üçün.




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK