adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Sentyabr 2016 15:56
17851
MƏMLƏKƏT
A- A+

“Ekoloji İncəsənət” layihəsinin təlimləri sona çatdı

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və "İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən "Ekoloji İncəsənət” layihəsinin təlimləri sona çatdı.

Layihənin həyata keçirilməsində məqsəd gənclərin ekoloji sahədə maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında gənclər arasında informasiyanın yayılmasına dəstəkdir. Həmçinin tullantıların təkrar emalı və onlardan hazırlanan incəsənət nümunələrini gənclərə nümayiş etdirmək əsas məqsədlərdən biridir. Layihə müddətində 1-ci gün gənclərə "Eco Solutions” şirkətinin əməkdaşı Süleyman Əliyev tərəfindən "Tullantıların İdarə Olunması və Çeşidlənməsi” mövzusunda təlim keçirilib. Layihənin 2-ci günü Təmiz Şəhər ASC-nin əməkdaşı Sabit Zeyniyev gənclərə Azərbaycanda tullantıların idarə olunması metodları haqqında təqdimat keçirmişdir. Və nəhayət sonuncu gün Təmiz Şəhər ASC-nin əməkdaşı Faiq Məmmədov gənclərə "Azerbaycanda yashil enerji layihələri:Balaxanı Sənaye Parkı" mövzusunda təlim keçib və gənclərin suallarını cavablandırıb. Qeyd edək ki, təlimdə 30 nəfər gənc iştirak edib. Növbəti mərhələdə gənclər üçün "Qala" dövlət qoruğunda tullantılardan hazırlanmış sənət nümunələrinin sərgisi təşkil olunacaqdır.