adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Sentyabr 2016 15:48
433369
AVTOMABİL
A- A+

Taksi fəaliyyəti üçün lisenziya alınmalıdırmı?

Taksi fəaliyyəti üçün lisenziya tələb olunmalıdırmı?

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və "Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.

Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən arayış, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı” almalıdırlar.