adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2016 13:49
6033
SİYASƏT
A- A+

Parlament sazişləri təsdiqlədi

Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında Azərbaycanın bir sıra hökumətlərlə bağladığı sazişlər təsdiqlənib.

Bunlar "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumu, "Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Saziş, "Azərbaycan Respublikasının Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayaınmanın qarşısının alınması haqqında” Konvensiya və onun protokolu, "Azərbaycan Respublikasının Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya və onun protokolu, "Azərbaycan Respublikası ilə QİÇS, Vərəm, və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişidir.