adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
30 Sentyabr 2016 13:47
6066
DÜNYA
A- A+

Şimon Peres dəfn edildi

İsrailin keçmiş prezidenti Şimon Peres artıq dəfn edilib.

İsrailin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub.

Şimon Peresin dəfn mərasiminə ABŞ prezidenti Barak Obama ilə yanaşı on minlərlə sıravi vətəndaş, 70-dən artıq ölkənin nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycanı isə dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.