Yazıçıdan gənclərə 10 nəsihət
Ünlü fantast Rey Bredberi 2001-ci ildə Amerikanın universitetlərinin birində gənc yazarlara, yazmağa yeni başlayanlara bəzi ustad tövsiyələri etmişdi.
Adalet.az onları sizə təqdim
edir:
İşə roman yazaraq
başlamayın: roman yazmaq uzun zaman alır. Yazmağa həftədə bir dənəsini
tamamlayacağın şəkildə nizamlaya biləcəyin çox qısa bir hekayə yazaraq
başlayın. Bu işi bir il davam etdirin; arxa arxaya 52 dənə pis hekayə yazmanız
mümkün olmadığına görə müvəffəqiyyətə çatacaqsınız (Ray Bradbery ilk romanı
"Farengeyt 451”i otuz yaşında yazmağa başlayıb).
Onları sevə
bilərsiniz, amma onlar kimi ola bilməzsiz: qaçılmaz bir şəkildə şüurlu ya da
şüursuz olaraq favorit yazarlarınızı təqlid etməyə başlayacaqsız (Eynilə Rey
Bredberinin yazdıqlarının H. Uells, Jül Vern, Artur Konan Doyl və L. Frank
Baumun yazdıqlarına bənzəməsi kimi).
Qısa hekayələrin
xüsusiyyətlərini araşdırın.
Beyninizi doldurun
(Bredberi gənc yazıçılardan yatmadan əvvəl bir hekayə, bir şeir – lakin müasir
xırda yazarlardan deyil, klassiklərdən – və bir məqalə oxumalarını istəyir.
Oxunacaq məqalələrin arxeologiya, biologiya, zoologiya, fəlsəfə, siyasət və
ədəbiyyat kimi bir çox sahədən olmasını lazım olduğunu söyləyir).
Sizə inanmayan
insanlarla yoldaşlığınızı bitirin: yazma arzunuza dırnaqarası baxırlar? Əgər
elə isə onlarla yoldaşlığınızı vaxt itirmədən bitirin.
Kitabxanaya gedin:
lənətə gəlmiş texnologiyadan bir anlıq ayrılın!
Filmlərə aşiq
olun: xüsusilə köhnə olanlara.
Maraqla yazın.
Pul qazanmaq
planları haqda düşünməyin.
Sevdiyiniz və nifrət etdiyiniz 10 şeyin siyahısı: sevdiklərinizi yazın, nifrət etdiyinizi yox edin!