adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2016 12:52
8950
GÜNDƏM
A- A+

“Onların işimizə qarışmasına imkan yaratmamalıyıq”

"Görürəm, bəziləri narahat olur, mənə bəzi ölkələrdən gələn turistlərlə bağlı sual verirlər. Mən turist axınının əleyhinə deyiləm, ümumi inkişafın tərəfdarıyam”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Amma gələn adamlar bizim daxili işimizə, dini məsələlərimizə qarışırlarsa, bəzi fikirləri söyləyirlərsə ki, hansısa məsələlər düzgün deyil, bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər. Ola bilsin ki, bu gün biz onu görməyək. Amma 5-10 ildən sonra bu, cavanlarımıza öz təsirini göstərə bilər. Bunun qarşısını almaq lazımdır və buna qarşı dövlətin tədbiri olmalıdır. Bizim mənəvi həyatımızı itirməyə ixtiyarımız yoxdur. Bizim nəyimiz varsa, Azərbaycanındır. Mən sünni kimi, şiə kimi yaşayıramsa, bu, mənimdir. Xalqım bunu bəyənib, başqa dövlətlərin xadimlərinin, siyasətçilərin işimizə qarışmasına imkan yaratmamalıyıq”, – deyə o vurğulayıb.