Oqtay Əsədov Avropa Parlamentinə səsləndi
Milli Məclisin iclasında spiker Oqtay Əsədov Azərbaycanın Avropa Parlamenti ilə münasibətindən söz açıb.
Milli Məclisin sədri Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdiyini diqqətə çatdırıb.
"Ötən il Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan onlarla əməkdaşlığı dayandırdı. Münasibətlərin bərpa olunması üçün çox cəhdlər olub. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən onlara iradlarını bildirdi. Əməkdaşlıq bərpa olunacağı təqdirdə belə neqativ halların baş verməsi arzuolunan deyil”.
Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06