adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2016 12:26
18646
ƏDƏBİYYAT
A- A+

Bir siqaret tüstüsü kimi

Adalet.az gənc şairə Bənövşə Mahmudqızının şeirlərini təqdim edir:

 


Salam

Salam...­
Susqun hayqırışlarım,­
Yağmayan yağışlarım...­
Salam...­
Bir zamanlar­
Sevincli anlarım,­
Sual dolu sabahlarım.­

Salam...­
Keçmişim, keçmiş dərdlərim,­
Gələcək əziyyətlərim...­
Mən gəldim ­
Sizlərlə üzləşməyə­
Anlayan yox,­
Sadəcə dərdləşməyə...­
Başlayıram şübhəyə­
Ona, buna, mənliyimə,­
Daxilimdə kimliyimə.­
Sual verdim, kiməm deyə...­
Cavab aldım bir qəribə.­
-Cəhənnəm sakini deyə...­
Bu dünyanın odunda mən­
Yanıram ki, ey Rəbb zatən.­
O dünyada yanmaq qismət...­
Bircə yol var - dəyişmək !­
Günahlarla güləşmək,­
Tövbələrə tutunmaq,­
Günahlardan yuyunmaq...­
Bir qərar qoy ağlıma,­
Sonda məni ağlatma,­
Yanlış yola saptırma,­
Qoyma səni unudam !­
Sən də məni unutma !­
Sanırdım ki mən bu an,­
Tamam başqa mətləbdən­
Yazacağam sən demə­
Ey Rəbbim, şükür hələ,­
Sevgili yarımsan sən,­
Yenə də mənimləsən !­

 

 

 

Bataqlıq gülü

Körpə qız - bir qönçə, saf və tərtəmiz. 
Körpədir, dünyadan hələ xəbərsiz,
Elə ki bir azcıq böyüdü körpə,
Arzular kök saldı o körpə qəlbə.

Yaşıl tumurcuqla doluydu qəlbi,
TanımazdI kini, nə də ki dərdi.
Hələ ki ömrünün fəsli bahardı,
Hətta o nağıllara da inanardı.

Yuxular görürdü yeddi yaşından,
Görünməz bir qüvvə hey uçurumdan,
Atardı bu qızı heç acımadan,
Oyanardı qorxu ilə yuxudan.

Bilməzdi mənası nədir yuxunun
Yuxudan xəbəri hansı çocuğun?!
Fələyin, taleyin xəbərdarlığı
Çəkəcək əzabın ağırlıqları...

Tədricən daha çox biruzə verir
İnsanlar özünü artıq göstərir...
Uşaqlığından bu qara qüvvələr,
İyrənc fikirlərlə hey onu izlər...

Bu hələ nağıldır, gələcək dəhşət.
Sığmaz insanlığa gördüyü vəhşət.
Sadəcə diləyi təmiz sevgiydi,
Bəmbəyaz gəlinlik tək diləyiydi...

Həyatda ən böyük səhvini etdi,
Bağlandı birinə sevgitək bildi.
Yapışdı qəlbinə sanki bir zəli,
Heyf ki bu qızı eylədi zəlil...

Mürəkkəb deyildir - qara ləkələr
Bəyaz vərəqləri indi ləkələr...
Nə zaman o görər kiçik qönçələr
Puç olmuş arzular yadına düşər...

Çəmənlərdə bütün çiçəklər, güllər,
Bülbülləri ilə sevər, sevilər...
Mənim qəhrəmanım Bataqlıq Gülü,
Görmədi özünü sevən bülbülü.

 

 

 

Şeirlərimin küçəsi

İstəyirəm darıxam
Amma...
Qorxuram ki karıxam...
Karıxıb lap çox sevim
Başımı itirim, 
Özümü bitirim.
Mən elə möhtacam
Açılacaq qucağa
Qəlbdə yanan ocağa...
Amma...
Qorxuram ki
İsinmək əvəzinə
Mən yanam, 
Alovlanam
Bəlkə də çoxdan
Heç anlamadan
Külə dönmüşəm
Ya da küləyə dönüb
Əsib keçmişəm
Mən bir keçmişəm...
Keçmişdən qopmayıb
Gələcək də ummayıb
İndimi unutmuşam 
Bilmirəm dərdim nədir
Dərdimi unutmuşam 
Dərdim özümlədir 
Özümü unutmuşam
Gözümü yummuşam
Özümü ayırmışam
Bu dünyadan
Sözümü udqunmuşam
Qorxuram ki 
Bir gün söz qusam
Qan qaytaram
Canımı alanlardan
Can qaytaram
Mən elə möhtacam. ..
Bir isti qucağa
İçimdə möhtaclığa 
Qapılıb getmirəm 
Amma...
Tək ünvandayam, 
Axtarsan, elə ordayam
Yaz bir yerə,
Ünvanı

 

 

Guya sən kimi sevdin?!

 

Eşitdim ki körpən olub...­
Sənin körpən qız doğulub.­
Öncə dərin fikrə daldım,­
Tanrıdan təsəlli aldım­
Sevindim vallah sevindim­
Sənin qızındı sevincim­
Çünki bildim və bilirəm­
Adım kimi mən əminəm­
Sənin balaca sərçən,­
Bəli balaca körpən­
Sənin mənə verdiyin,­
Yəniki bəxş etdiyin ­
Sevinci,xoşbəxtliyi­
Bəmbəyaz gəlinliyi­
Bəxş edəcək o sənə­
Dərs verəcək o sənə­
Bəxtlərin ən qarasın­
Bədbəxtliyin əlasın­
Yaşadacaq o sənə­
Gülə gülə üzünə.­
Qurban olacaq yenə­
Sənin bütün səhvinə­
Amma övlad bənzəməz­
Digərləritək keçməz­
Övlad sənin canındır­
Övlad sənin qanındır.­
Bəli, böyük qurbandır­
Onu da qurban etdin...­
Guya sən kimi sevdin ?!!!­

 

 

Bir az sərxoş

 

Bir siqaret tüstüsü kimi­
İçimə-içimə çəkirəm ­
Dərdlərimi...­
Bir siqaret tüstüsü kimi­
İçimə-içimə hopur­
Dərdlərim...­
İçimə-içimə çəkdikcə, ­
İçimə-içimə hopduqca,­
İçimdə simləri gərdikcə,­
İçimdə simlər qopduqca...­
Susqunluq içində bir hayqırış,­
Qürurun içində bir yalvarış,­
Ucalar göyə...­
Çəkilər ərşə...­
Çəkilər ərşə yuxum...­
Coşar şairliyim,­
Şairliyin timsalında pərilərim,­
Yuxularıma yasaq qoyar,­
Məni oyaq saxlar,­
Yazdırar, yazdırar...­
Tufan qopar...­
Bu dünyadan deyiləm mən!­
Bu dünyanın deyiləm mən!­
Bu dünyaya yasağam,­
Mən toydayam,­
Yasdayam...­
Bədbəxtəm, xoşbəxtəm,­
Ən doğrusu sərxoşam...­
Dərdlərimin sərxoşu,­
Bu dünyanın naxoşu...­
Bir az sərxoş, bir az naxoş,­
Ax mənə necə də xoş!­
Qalanı boş...­
Qalanı boş...­

 

 

YALQUZAQ

 

Hər şeydən qaçaraq 
Oldu bir qaçaq...
Sevincdən qaçaq, 
Sevgidən qaçaq...
O, indi tənha qalacaq...
Hə, içində bir ümid,
Ümid yaşayacaq.
Amma tənha olacaq...
Qalmaq istəsə də
Kədərdən uzaq,
Qalmaq istəsə də 
O, dərddən uzaq
Bacarmır, bacarmaz 
Bu *yalquzaq !
Bəhanə axtarır...
Xoşbəxtlik üçün,
Xəbəri yox, bir qapı açıbdır
Bədbəxtlik üçün...
Gülümsəmək üçün
Yağışı, günəşin doğuşu,
Havadakı o xoş qoxu
Bəhanə olmuş ona...
Və o yana-yana 
Yağışda bir gülür, 
Bir ağlayır...
Axı onun içi sızlayır !
Kaş o gülüşün həqiqi ola, 
Yaralarının təbibi ola...
Düşünərkən " nə dərdim var? "
Kaş dərdin olmaya, 
Olmaya....