adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2016 10:16
4724
GÜNDƏM
A- A+

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə "Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" layihə daxil edilib.

Adalet.az xəbər verir ki, layihə parlamentin bu gün keçiriləcək toplantısında müzakirə olunacaq.

Bununla da Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir.

Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.