adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Sentyabr 2016 09:24
5603
DÜNYA
A- A+

200 məhbus həbsxanadan qaçdı

Braziliyada həbsxanadan azı 200 məhbus qaçıb.

Jardinopolis şəhərindəki həbsxanada qiyam qaldıran məhbuslar, dörd metrlik divarı uçuraraq cəzaçəkmə müəssisəsindən qaçıblar. 

İnsident zamanı məhbuslara atəş açmış keşikçilər hazırda qaçmış məhbusların axtarışı ilə məşğuldurlar.

Məlumata görə, bir neçə məhbus magistral yolda saxlanılıb, bir nəfər qaçmağa cəhd edərkən öldürülüb.

Həbsxanada məhbusların sayının normadan çox olması qiyama səbəb olub.