adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Sentyabr 2016 22:17
5859
SİYASƏT
A- A+

Məmmədyarov İtaliya nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. E. Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib və Azərbaycanın İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Bakı Humanitar Forumuna dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən Mauro Marino, forumun fəaliyyətini yüksək qiymətləndirib və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirib.