adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Sentyabr 2016 17:05
5531
SİYASƏT
A- A+

Azərbaycan Konqoya 10 ədəd zirehli transportyor satacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd "Təkmilləşdirilmiş ZTR-70 maşını” Konqo Respublikasına ixrac ediləcək.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya MSN-in "Aqreqat” İstehsalat Birliyi Bakı "Cihazqayırma” Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.
O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.
Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan "Təkmilləşdirilmiş ZTR-70 maşını” silahla təchiz olunub.
Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.