adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Sentyabr 2016 16:02
5472
SAĞLAMLIQ
A- A+

Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb

Azərbaycanda bütün ölüm hallarında qeyri-infeksion xəstəliklərin (QİX) payı 87% təşkil edir.

Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov bildirib.

O deyib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət və tendensiya digər dünya ölkələri ilə eyni səviyyədədir.

N.Seyidov qeyd edib ki, ölkədə qeyri-infeksion xəstəliklər arasında ürək-qan-damar xəstəlikləri üstünlük təşkil edir:

"Son 15 il ölkədə əmək qabiliyyətli yaşda ölənlərin sayı artıb. Belə ki, 2000-ci ildə 12084 nəfər vəfat etmişdisə, 2015-ci ildə bu rəqəm 16684 nəfər olub. Ölüm səbəbləri arasında qan-damar xəstəlikləri üstünlük təşkil edib. Son 15 ildə ürək-qan-damar xəstəliklərindən ölənlərin sayı 2500 nəfərdən çox (2000-ci ildə 4414 nəfər, 2015-ci ildə isə 6974 nəfər) artıb”.

N.Seyidovun sözlərinə görə, hesablamalara əsasən, 2025-ci ilədək dünyada 20 milyon insanda yeni xərçəng xəstəlikləri qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəlirli ölkələrdə baş verəcək. Azərbaycan orta gəlirli ölkələrə aid edildiyindən, bu halların bizdə də müşahidə olunması gözlənilir.