adalet.az header logo
  • Bakı 18°C
29 Sentyabr 2016 15:16
20106
GÜNDƏM
A- A+

Bakıda bank fırıldağı: 7 ay maaşsız işlətdilər

Bakıda bir sıra banklar fəaliyyət göstərir. Lakin şəffaf və dürüst iş birliyi axtarışında olanda fırıldaq əməllər törədən maliyyə şirkətlərinə də rast əglmək olar. Redaksiyamıza daxil olan şikayət əsasında Bakıda yaşayan Sərvər Fikrət oğlu etdiyi müraciətdə bildirib ki, "Para bank” ASC-nin təklifinə əsasən verdiyi imtahan müqabilində ora işə dəvət olunub. Lakin ötən ilin oktyabr aytından baş tutan işçi prosesi heç bir qazanc əldə etmədən başa çatdıb. Sözü gedən bankın Sərvər adlı şəxsi aldadıb və ona heç bir məvacib ödməyib.

Məsələ ilə bağlı şikayətçi məhəkəməyə müracitə etsə də qarşı tərəfin iştirak etməkdə məsuliyyətsiz yanaşması və eləcə də hakimlərin səhlənkarlığı işləri bir az da uzadıb. Sərvər Fikrət oğlu bildirir ki, 7 ay işləsə də ona bir qəpik də olsun əmək haqqı verilməyib. Yalnız vermiş olduğu kreditlərə görə 2016-cı ilin fevral ayında 200 manat pul verdilər. Halbuki bu məbləğ 315 manat olmalı idi. Çünki cavabdeh təşkilat hər 20 000 kreditə görə 105 manat pul verməli idi və Sərvər adlı şəxs də bu müddət ərzində 70850 manat kredit verib. Onun kredit verməyini isə cavabdeh təşkilatın Remark proqramında adımın qeyd edilməsi sübut edir:
Bank karyerası qurmaq istəyən gənc bildirib ki, cavabdeh təşkilat 3 ayın tamamında onun sınaqdan uğurla keçmədiyimi əsas gətirərək onunla bağlanmış müqaviləyə xitam verə bilərdi. Lakin cavabdeh təşkilat bunu bilərəkdən etməyib və onu istismar edib: "Buna görə də mənimlə əmək müqaviləsi bağlanmış hesab edilməli, mən işə bərpa olunmalı, 6 ay 15 günün əmək haqqısı olan 3025 (ilk üç ay 250 manatdan olmaqla 750 manat və sonrakı üç ay 15 gün 650 manatdan (350 əmək haqqı və 300 premiya) olmaqla 2275 manat) manat əmək haqqım mənə ödənilməli, eləcə də məcburi iş buraxmaya görə əmək haqqım cavabdeh təşkilatdan alınaraq mənə verilməlidir”.

İşin hüquqi əsaslarına gəldikdə isə zərərçəkən tərəf əməkdaşımıza bildirib ki, Məhkəmə qətnaməni qəbul edərkən əsaslandığı hüquq normalarının tətbiqində də kobud səhvə yol verib:
"Bu ilin yay ayında keçirilən məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi əmək münasibətləri üçün ilkin müqaviləni məhkəməyə təqdim etdi və yalnız bundan sonra həmin müqavilənin surətini əldə etdim. İlk növbədə bildirim ki, həmin müqaviləni oxumağıma şərait yaradılmamış və mənə bildirilmişdir ki, əmək müqaviləsidir, sınaq müddətini uğurla başa vurduqdan sonra əmək haqqı veriləcəkdir. Mən isə həmin müqaviləni əmək müqaviləm hesab edərək imza atmışam. Yəni, həmin müqaviləni imzalamaqda mənim niyyətim cavabdeh təşkilatla əmək münasibətlərinə girmək olmuşdur. Bundan başqa cavabdeh təşkilatın da məqsədi məni aldadaraq əmək münasibətləri üçün ilkin müqaviləni imzalatdırıb mənim faktiki olaraq əmək münasibətlərinə girmək və hüquqi olaraq isə təcrübəçi kimi göstərmək olmuşdur. Yəni, müqaviləni bağlayan hər iki tərəfin niyyəti həmin müqavilənin icrasına yönəlməmişdir. Mən əmək müqaviləsi bağladığımı sanmışam, cavabdeh təşkilat isə mənimlə faktiki əmək münasibətlərinə girmək üçün bu müqavilə imzalamışdır. Niyyətin olmaması müqavilənin etibarsızlığına səbəb olur.

Zərərçəkən qeyd edib ki, 14 günlük təlim keçdikdən və təlimin sonunda imtahan verdikdən sonra, daha konkret desək 12.10.2016-cı il tarixdən etibarən Çəmbərəkənd filialında kredit mütəxəssisi kimi işləyib.

Bundan başqa müqavilədə Mülki Məcəllənin 402-ci maddəsinə istinad olunaraq müqavilənin ilkin niyyət müqaviləsi olduğu bildirilir. Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə(əsas müqavilə)bağlamağı öhdələrinə götürürlər. Normanın tələbindən də göründüyü kimi qanunverici əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə ilkin müqavilə bağlanılması mümkündür. Yəni, bu siyahı dəqiq müəyyən edilmişdir və bu siyahıdan kənara çıxılması qanunsuzluqdur. Əmək müqaviləsi isə nə əmlakın verilməsi, nə işlərin görülməsi, nə də xidmətlərin göstərilməməsini özündə ehtiva etməməklə, tamamilə başqa məcəllə ilə tənzimlənir. Yəni, əmək müqavilənin bağlanması üçün ilkin müqavilənin bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu da həmin müqavilənin etibarsızlığına əsas verir.

Dedilər ki, sədr müavininin səndən xoşu gəlmədiyinə görə sənə əmək haqqı verilməyəcək

"İşə düzəlmək üçün mənə məxsus CV-ni cavabdeh təşkilata göndərmişdim. Bundan sonra mənə zəng vurulmuş və məni test imtahanına dəvət etmişdilər. Test imtahanında 21 sentyabr 2015-ci il tarixdə iştirak etdim və imtahandan müvəffəqiyyətlə keçdim. Bundan sonra mənə bildirdilər ki, 14 günlük təlimdə iştirak etdikdən və təlimin sonunda təlimi uğurla başa vurduqdan sonra 3 aylıq sınaq müddəti ilə işə götürüləcəksiniz. Beləliklə, 28.09.2015-ci il tarixdə təlimə getdim və təlimi də uğurla başa vurduğumdan mənə sertifikat verildi və məndən müvafiq sənədlər tələb olundu. Həmin sənədləri verdikdən sonra 12.10.2015-ci il tarixdə Parabankın Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən filialında (təlimi də orada keçmişdik) mənə hansısa müqavilənin son vərəqinə imza çəkdirdilər və oxumağa belə imkan vermədilər. Mənə bildirdilər ki, oxumağa ehtiyac yoxdu bu sənin əmək müqaviləndi və sən 3 aylıq sınaq müddəti ilə kredit mütəxəssisi vəzifəsinə işə götürülmüsən. Hətta mənə bildirildi ki, ilk üç ay 250 manat əmək haqqı veriləcək və sınaq müddətini başa vurduqdan sonra (3 aydan sonra ) 350 manat aylıq əmək haqqı və 300 manat paket şəklində premiya veriləcək. Mən də yeni işçi olduğumdan mübahisə etmədim və onlarla razılaşdım”.
Bundan sonra cavabdeh təşkilatın Çəmbərəkənd filialına təyin olunan Sərvər 4 ay ərzində əmək haqqı almayıb. Buna etiraz etdikdə isə ona biuldiribklər ki, baş ofisdə müvafiq komissiya ilə müsahibədən keçdikdən sonra bütün əmək haqqıların veriləcək. Zərərçəkən bu dəfəki müsahibədə də bütün suallara cavab versə də imtahanda həyəcanlı olduğunu bəhanə gətirib qeyri-məqbul yazıdılar. Növbəti ayda həmin imtahanda uğurla keçdi lakin sən demə bank rəhbərliyi əməkhaqqı verməməkdə israrlı imiş: "Bundan sonra mən yenə əmək haqqımı tələb etdikdə isə mənə bildirdilər ki, sədr müavininin qəbulunda olmalısan və yalnız bundan sonra bütün əmək haqların veriləcək: "27 aprel 2016-cı il tarixdə sədr müavini Azər Rəhimlinin qəbulunda oldum və iki gün sonra mənə bildirdilər ki, sədr müavininin səndən xoşu gəlmədiyinə görə sənə əmək haqqı verilməyəcək. Mən onlara bildirdim ki, bu qanunsuzluqdur, mən 7 aydır ki, burada işləyirəm və mənə əmək haqqı verməmisiniz. Mən onlardan işdən xaric olmağım barədə əmrin surətini tələb etdim. Onlar isə mənə bildirdilər ki, nə əmək haqqı, nə də əmr yoxdur, yalnız stajor müqaviləsi var, get hara istəyirsən şikayət elə. Buna görə də öz pozulmuş hüquqlarımı bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldım”.
Eləcə də, cavabdeh təşkilat bilirdi ki, ilkin müqavilə mülki qanunvericiliyə aid normalarla tənzimlənir, bu halda nəyə əsasən təcrübəçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlamış və orada təcrübəçi və cavabdeh təşkilatı işçi və işəgötürən kimi qeyd etmişdir?! Bundan əlavə təcrübəçi ilə işə qəbul vərəqəsini tərtib etməyə nə əsas var idi?! Buradan da cavabdeh təşkilatın təcrübəçini əmək müqaviləsi bağlamaq niyətilə cəlb etdiyi bəlli olur, yəni gələcəkdə əmək münasibətləri yaratmaq üçün. Lakin, əmək münasibətləri yaratmanın ilkin variantı kimi mülki qanunvericiliklə tənzimlənən ilkin müqaviləyə əsaslanıla bilməz, çünki ilkin müqaviləyə dair normada qeyd olunur ki, İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Qeyd olunan hərəkətlər sahibkarlıq fəaliyyətinin elementləridir. MM-nin 13-cü maddəsində qeyd olunur ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Yəni ilkin müqavilədə məqsəd gələcəkdə həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin bazasının qurulmasıdır.
Təcrübəçilərə bank əmməliyyatlarının öyrədilməsi üçün təlim keçirmək niyəti olan bir qurum ilkin müaqvilə bağlamaz, əgər bağlayırsa belə bu ilkin müqavilə sayıla bilməz, mübahisə olunan məsələdə cavabdeh təşkilatın ilkin müqavilənin digər tələblərinə riayət etməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi, cavabdeh təşkilat mübahisə olunan məsələdə həm əmək qanunvericiliyinin, eyni zamanda həm də mülki qanunvericiliyin normalarına istinadlar etmiş və ziddiyətli məqamlara yol vermişdir. Hazırda mübahisənin yaranmasının əsas səbəbi də cavabdehin birmənalı olmayan hərəkətləridir. Əgər cavabdehin əmək müqaviləsi bağlamamaq niyəti açıqca bəlli olsa idi, mən ora getməzdim, ağıllı insan ümidsiz yerə niyə boşu-boşuna getsin və işləyərək zəhmət çəksin?!

Qeyd edək ki tərəflərin məhkəmə prosesi hal hazırda davam edir.


Rüfət Soltan