Çexovun vurulduğu qadın
1898-ci ilin sentyabrında "Qağayı” və "Çar Fyodor İvanoviç”in tamaşasında Anton Çexovu ən çox cəlb edən İrina rolunu ifa edən aktrisaydı. Yazıçı bütün diqqətini həmin aktrisaya yönəltmişdi.
İlk qarşılaşma
İrinanı oynayan aktrisanın böyük bir
sənətkar olduğunu dostuna bildirən Çexov məktubunda belə yazırdı: "Mənə görə,
İrina möhtəşəmdi. Səsi, mülayimliyi digərlərindən əsaslı dərəcədə fərqlənirdi.
Əgər Moskvada qalsaydım yəqin İrinanı sevərdim”.
Çexov sevir...
İrina rolunu aktrisa Olqa Leonardovna
Knipper ifa edirdi. Bu qadın hələ təzə-təzə aktirsalığa meyl etmişdi.
Çexov sözsüz qadına vurulmuşdu. O, öz
sevgisini məktubla ifadə etmişdi. Həmişə başqa qadınlara deməyə əsirgədiyi
sözləri ağ kazğıza yazmışdı.
Qadının cavabı gecikmir: "Sizdən məktub
alanda çox təəccübləndim, hətta sevincimdən qəhqəhə çəkdim. Mən düşünürdüm ki,
yazıçı Çexov aktrisa Knipperi çoxdan unudub. Deməli, siz də məni yada saldınız.
Çox sağ olun!”
Çexov təzədən içindəkiləri kağıza
boşaldır: "Bəli, siz haqlısınız, yazıçı Çexov aktrisa Knipperi unutmayıb.
Yəqin, sizinlə Yaltaya getmək çox gözəl olardı.”
Çexovun Knipperlə Yaltada görüşməyi çox
asan başa gələ bilərdi. Çünki münasibətdə olduğu Liki adlı qadın vəba
xəstəliyinə tutulmuşdu. Bu dəfə yazıçının Knipperlə görüşünə mane olacaq heç nə
yox idi. Onlar Yaltanı gəzdikdən sonra birlikdə Moskvaya qayıtdılar...
Həsrət
Daha sonra bu görüş məktublarda öz
əksini tapacaqdı. Qadın yazırdı: "Mən sizi daim xatırlayıram”. Çexov da eyniylə
qadını, keçirdikləri xoş günü yada saldığını məktublarında qeyd edirdi.
Daha sonra Çexov Yaltaya qayıdır.
Sevdiyi qadın Moskvada, qarlı bir şəhərdə qalmalı olur. Çexov qadın üçün
darıxdığını məktublarında bildirir: "İndi Yaltada soyuqdu. Bu mənə Moskvanı
xatırladır. Kaş indi Moskvada olardım, mənim əziz aktrisam!”
Anlaşılmaz sevgi
Mayda Çexov Moskvaya gəlir. İyul ayında
isə Knipper yazıçıyla yenidən Yaltaya yollanır. Çexov burda anası və bacısıyla
birgə qalırdı. Yazıçıyla aktrisanın sonrakı məktublaşmalarından aydın olur ki,
onların münasibətləri dəyişir, başqalaşır. Bu olanlar isə Çexovun yaxınlarına
aydın deyildi. Onlar birlikdə yaşanmayan bu münasibətə ad qoya bilmirdilər.
Çünki artıq Knipper Sevastopola getmişdi. Çexov isə Yaltada tək başına ona
məktublar yazmaqla məşğul idi.
Məktublaşma
Məktublarda daha çox ən gözəl yerlərdə
yaşamaq xəyalı qurulur, pyeslər haqqında, oynanılan tamaşalar barəsində fikir
mübadiləsi yürüdülür, eləcə də bir-birini dəlicəsinə sevən iki aşiqin
etirafları yer alırdı.
Məsələn Çexov yazırdı: "Keçən dəfə Alekseev
yanıma gəldi. Onunla pyes haqqında danışdıq. Dedim ki, sentyabra qədər
bitirsin. Görürsən də, mən necə ağıllıyam” və yaxud: "Yaltada oturmuşam,
darıxıram. Mənə elə gəlir indi sən qapını döyəcək, sonra açıb içəri girəcəksən.
Ancaq bilirəm ki, sən bu saat gələ bilməzsən, çünki repetisiyadasan,
öyrənirsən. Məndən və Yaltadan uzaqdasan”.
Olqa isə hisslərini bu cür ifadə edirdi:
"İndi ürəyim sözlə dolub. Əlbəttə, ağlayıram. Axı mən qısa bir zaman kəsimində
sizin evdə yaşadım. Mən indi bunu təsəvvür edə bilmərəm. Ancaq yalnız bu haqda
düşünürəm. Yalnız sənin haqqında düşündüm. Dedim, bax indi, bu saat şəhərə
gəlib, bu saat arabadan düşəcək...” ya da: "Yazıram və pəncərədən soyuq havaya
baxıram. Düşünürəm ki, gələn yayı şimalda keçirək. Nə deyirsən? Ancaq hələ heç
nə mümkün deyil. Bizə sadəcə arzulamaq qalır...”
Qadın daim keçmişi xatırlayır və
gələcəyinin Çexovda olacağını düşünür: "Məni pilləkəndən ötürdüyün yadındadır?
Onda tutacaq necə xaincəsinə cırıldamışdı... Mən bunu dəhşətli dərəcədə
sevirəm. İndi isə uzun zaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və
yalnız sənin haqqında və gələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi?
Biz səninlə çox az danışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz
anlaşılmazıdır? Ah mənim gələcəyimin insanı!”
"Məni mərhmətsizliklə suçlayırsan. Səni
sevən mən necə bunu edə bilərəm? Mənim qəlbim həmişə mərhəmətlə və sənin
sevginlə çırpınıb. Sən bunun üçün izah gözləyir, ciddi-ciddi söhbətlə, üz
cizgiləri ilə bunu tələb edirsən. Ancaq mən sənə demək lazım olduğunu bilmirəm
və sənə min dəfə demişəm ki, səni sevirəm, başqa heç nə... İndi bizim bir yerdə
olmağımızın günahı sən yox, şeytandı, məni özünə şəkən şeytan, səni isə özünə
çəkən incəsənətdir.” – Çexov Knipperin məktubuna belə cavab vermişdi.
Münasibətin gərginləşməsi
"Sən artıq bilirsən, biz bir yerdə tanış
insanlar kimi yaşaya bilmərik. Mən gəlmişdim sənin yanına. Artıq bu
gizlənmələrdən bezmişəm. İnan mənə, bu mənə çox ağırdır. Hələ sənin ananın
üzündəki iztirabı görmək daha dəhşətlidir. Mən axı iki od arasında qalmışam.
Denən mənə, de ki, bir yerdə xoşbəxtcəsinə yaşayacağıq...” – Knipper dayanmadan
öz əzablı sevgisini qələmə alırdı.
Bu məktub onların birgə yaşamağının
qərarı deyildi. Knipper bunu istəyirdi, ancaq tale buna imkan vermirdi. Lakin
bu yazılanlar Çexova təsir eləmişdi. Yazıçı məhz bu istəklə, Knipperlə nikah
qurmaq üçün Moskvaya gəlib oradan Volqaya getməyi düşünürdü... Onlar kilsə
nikahıyla sevgilərini əbədiləşdirmişdilər.
Uzaq evlilik...
"Bütün günü özümü pis hiss elədim. Mənə
elə gəldi, bu bağırsaq pozğunluğudur. Ancaq sonra anladım ki, hamiləyəm.”
Knipper bu qədər acı taleyə, ayrılıq,
hicran dolu sevgiyə görə gileylənmir, əksinə Çexovun sevgisiylə həyatı bütün
çılpaqlığıyla görürdü. Artıq o, Çexovdan bir parça daşıyırdı...
"Canım! Sən niyə mənim yanımda, Yaltada
deyil, Moskvadasan? Əgər sən Yaltada bütün qışı mənimlə bir yerdə olsan o zaman
sənə asan olar, yüngül olar. Mən bir aktrisayla evlənəndə düşünmüşdüm ki, biz
bir yerdə Moskvada qalacağıq. Ancaq sən elə bilmə ki, mən yanımda olmadığın
üçün inciyirəm. Əksinə, hər şeyin yaxşılığa doğru getdiyini anlayıram...” –
Çexov sevdiyi qadınının yaşadığını məktub vasitəsi ilə öyrənirdi.
"Mən düşüncəsiz, heç bir səbəbsiz
səninlə əlaqə qurdum. Əgər səhnədəyəmsə gərək ki, heç kimə mane olmayam”. – Knipperin
cavabı gecikmirdi...
"Özünü günahkar sayma. Mənimlə birgə
qışı keçirmədiyin üçün günhakar deyilsən. Əksinə, biz çox mehriban ər-arvadıq.
Bir-birimizin işinə mane olmadığımız üçün yaxşı cütlük sayılarıq. Sən teatrı
sevmirsənmi? Əgər sevməsəydin, başqa məsələ” – Çexov hər şeydən razı olduğunu
Knipperin nəzərinə çatdırır.
Knipper
isə öz növbəsində teatrdakı çıxışlarından, tamaşaçıların rəylərindən ağız
dolusu bəhs edirdi. Son pyesin isə izləyicilər tərəfindən yaxşı
qarşılanmadığını deyən qadın bunu baş vermiş bədbəxt bir hadisə kimi yazıçıya
nəql edirdi.
Çexovun
"Albalı bağı” səhnələşdilərkən yazıçı arvadına belə yazmışdı: "Bircə bunu demək
lazımdı: mənim pyesimi Stanislavski məhv elədi”. Teatr yenidən uğursuzluğa
düçar olmuşdu.
Çexov
pyesinin səhnləşdirmədə uğurlu alınmadığından sonra Knipperə belə bir məktub
göndərir: "Yaltadan gedirəm. Heç də təəccüblənmə. Burda çox darıxdırıcıdır. Yaz
gəlmir bura və sağlam ruhum yoxdur...”
İsti havadan xoşu gəlməyən yazıçı 1904-cü ilin bürkülü iyul ayında vəfat etdi. Onun ölümündən sonra dünya bir az balacalaşdı. Və Çexov həyat haqqında öz düşüncəsini belə yekunlaşdırdı: həyat həyatdı, qalanı anlaşılmazdı...