adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Sentyabr 2016 15:11
5140
GÜNDƏM
A- A+

I Türk Dünyası Gənclər Forumu keçiriləcək

Bu gün Türk Birliyi Dayanışma Dərnəyinin başqanı Güven Arıklı və Dərnəyin vitse-prezidenti Tayfun Aydınlı, o cümlədən Azərbaycan Kıprız Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu "Azadinform” İnformasiya Agentliyini ziyarət ediblər.

Ziyarətdə məqsəd 16-20 oktyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətində ilk dəfə keçiriləcək 1-ci Türk Dünyası Gənclər Forumu və media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi olub.

Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz NiftiyevŞimali Kiprlə ölkəmiz arasındakı münasibətlərin sıx olduğunu qeyd edərək həmçinin media sahəsində də müəyyən əlaqələrin yarandığını bildirdi. Belə ki, "Azadinform” İnformasiya Agentliyində və "Kaspi” qəzetində Şimali Kipr Türk Cümhuriyyətinin informasiya dairəsinin məlumatları mütəmadi verilməklə yanaşı, Şimali Kiprin ayrı-ayrı elm adamları və görkəmli şəxsiyyətləri ilə müsahibələr, həmçinin ölkə haqqında müxtəlif reportajlar yer alır: "Düşünürük ki, bu münasibətlər davamlı olmalıdır. İndi Şimali Kipr blokada şəraitindədir, heç bir dövlət tərəfindən tanınmır. Hesab edirik ki, gələcəkdə bu problem aradan qaldırılacaq.”

Baş redaktor ölkələrimizi arasında digər sahələrdə – təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq orada azərbaycanlı tələbələrə müəyyən güzəştlərin olunduğunu diqqətə çatdırdı: "Bu, Şimali Kipr tərəfindən ölkəmizə diqqətin kifayət qədər yüksək olduğunun göstəricisidir. Düşünürük ki, gələcəkdə bu münasibətlər daha sıx şəkildə davam edəcək. Türk Birliyi Dayanışma Dərnəyinin dünyanın bir çox ölkələrində təşkil ediləcək tədbirlərində Dağlıq Qarabağ məsələsinin də diqqətə çatdırılması vacibdir”.

300 min əhalisi olan Kiprin balaca ölkə olmasına baxmayaraq media sahəsinin inkişaf etdiyini qeyd edənAzərbaycan-Kıprız Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğludost və qardaş xalqların bir-birini tanıması üçün Azərbaycan və Şimali Kipr mətbuatı arasında qarşılıqlı əməkdaşlığın inkişafından ötrü əlaqələrin daha sıx qurulmasına ehtiyac olduğunu vurğuladı. Eyni zamanda, qonaqların Azərbaycana gəlişinin məqsədinin 16-20 oktyabr tarixində Şimali Kiprdə ilk dəfə keçiriləcək 1-ci Türk Dünyası Gənclər Forumu ilə bağlı ölkəmizdə rəsmi və qeyri-rəsmi qurumlara məlumatların verilməsi ilə bağlı olduğunu qeyd etdi. O. Həsənoğlu forumda 4 paneldə müzakirələrin aparılacağını, həmçinin 320 ölkədən 300-ə yaxın gəncin, ümumilikdə 500 nəfərin iştirak edəcəyi tədbir çərçivəsində Azərbaycanın tanıdılması istiqamətində nəşrlərin təqdim olunacağını, Azərbaycan yazarlarının kitablarının təqdimatının və imza gününün keçiriləcəyini qeyd etdi. Həmçinin 18 oktyabrda forum iştirakçıları Azərbaycanın Müstəqillik Günü ilə bağlı ortaq tədbir həyata keçirəcəklər: "Baxmayaraq ki, bu, Türk forumudur, burada dünyanın ayrı-ayrı xalqlarını təmsil edən gənclər də iştirak edəcəklər. Biz bir yola çıxmışıq - fikirləşmişik ki, Türk dünyasını tanıdacağıq, özümüzü dünyada təbliğ edəcəyik. Ona görə də sadəcə, türkləri deyil, başqa xalqların nümayəndələrini də dəvət edərək onlara özümüzü anlatmaq və mədəniyyətimizi çatdırmalıyıq. Kiprdə yüz minə yaxın tələbə təhsil alır. Bu baxımdan, ölkədə beynəlxalq ab-hava mövcuddur. Düşünürük ki, bu, seviləcək bir tədbir olacaq”. O. Həsənoğlu gələn il üçün də dərnəyin iştirakı ilə həyata keçiriləcək bir sıra beynəlxalq tədbirlərin nəzərdə tutulduğunu qeyd etdi: "Təbii ki, planımıza Türk dünyası ilə bağlı, o cümlədən Dağlıq Qarabağla bağlı çalışmalar da daxildir”.

Ölkələrində ilk dəfə keçiriləcək Forumun Türkiyənin baş bakanlğının himayəsi, Şimali Kipr Türk Cümhuriyyəti Bakanlığının diqqəti və Türkiyə səfirliyinin iştirakı ilə keçiriləcəyini qeyd edənTürk Birliyi Dayanışma Dərnəyinin başqanı Güven ArıklıForumu keçirməkdə məqsədin tədbirə qatılacaq gənclərin öz ölkələri haqqında məlumat vermələri, problemlərini anlatmaları, Şimali Kipr gəncləri ilə ünsiyyət qurmalarından ibarət olduğunu açıqladı: "Bu Forumun hər il davam etdirilməsi niyyətindəyik. Azərbaycanı qardaş ölkə olaraq Türkiyədən ayırmırıq. Türkiyə bizimçün necədirsə, Azərbaycanla da o yaxınlıq və istilik vardır”.

Forumun dünyaya verəcəyi mesaja gəlincə, başqan "Dində, dildə və fikirdə qardaşlıq, birlik, bərabərlik” olduğunu qeyd etdi: "Türk birliyi uşaqlığımızın xəyalıdır. Məqsədimiz bu birliyi hər mənada inkişaf etdirməkdir.

TBDD-nin vitse-prezidenti Tayfun Aydınlıqeyd etdi ki, dərnəklərinin şüarlarından birinin dünyadakı 300 milyon türk soydaşının bir çevrə ətrafında yaxınlaşmasını təşkil etmək əsas məqsədləridir: "Dərnək olaraq bizim bir sıra həyata keçirəcəyimiz planlar var. İlk işimiz də Ümumdünya Gənclik Forumunun keçirilməsidir. Bunun üçün də ziyarətimizə Azərbaycandan başladıq”.

Qeyd edək ki, Forumda Azərbaycandan millət vəkilləri, QHT sədrləri və media işçilərindən ibarət böyük bir nümayəndə heyəti də iştirak edəcək.