adalet.az header logo
  • Bakı 17°C
29 Sentyabr 2016 14:46
7740
MƏDƏNİYYƏT
A- A+

“Əli və Nino” filminin məşhur Türkiyəli aktyoru Bakıya gəlir?

Artıq bir müddətdir ki, cəmiyyətdə gəzən söz-söhbətlərə görə Qurban Səidin eyni adlı romanı əsasında cəkilmiş "Əli və Nino” filmində rol alan türk kinosunun ulduzu aktyor Halit Ergenç Bakıya səfər edəcək. 

Adalet.az xəbər verir ki, çox guman ki, bu söhbət öz təsdiqini tapmaqdadır. Belə ki, bu yaxınlarda "CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəsmi feysbuk səhifəsində maraqlı paylaşım edib. Paylaşım isə məhz elə Halit Ergenç haqqındadır.

Qeyd edək ki, Halit Ergenç tamaşaçıların ürəyində "Möhtəşəm yüzyıl” televiziya serialın "Sultan Süleyman” obrazı kimi qalıb. Aktyor "Əli və Nino” filmində isə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski rolunu oynayıb.