adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YAĞIŞI HACIBALA ABUTALIBOV YAĞDIRMAMIŞDI

«ƏDALƏT» «ƏDALƏT»
267172 | 2016-09-29 14:19

Qəfil yağış eləqəfil it kimi bir şeydi, adamı nə vaxt tutacağıbilinməz. Bakıda möhkəm yağış yağdı, küçələri su basdı, böyük tıxaclar yarandı,xalq əziyyət çəkdi.

Son günlər İstanbulda,İzmirdə, Trabzonda güclü yağışlar yağmışdı və həyat donmuşdu. Hətta Trabzonda küçələrdəsu o səviyyəyə qalxmışdı ki, bəzi adamlar məzələnmək üçün küçədəki sel-suda üzürdü. Eləcə də Avropanın ən inkişaf etmiş şəhərlərində də tez-tez belə hallarbaş verir, həyat da donur. Ötən il Drezdenə necə bir yağış düşmüşdüsə dünyanın ənməşhur muzeyini də sel basmışdı, muzeyə çox böyük ziyan dəymişdi. Bu təbiət hadisəsidir və heç bir ölkə və ya şəhər bundan sığortalanmayıb.

Və Bakıya düşən yağışdansonra baş verən olaylarda hamı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu günahlandırır. Buyağışı Hacıbala Abutalıbov yağdırmamışdı. Məsələ ondadır ki, su və kanalizasiyatəşkilatları Bakı Şəhər İcra Hakimiyyətinə tabe deyil. Bu təşkilatların rəhbərlərinin işlərini düzgün qura bilməməsini, məsuliyyətsizliyini Bakı Şəhərİcra Hakimiyyətinə və şəxsən icra hakimiyyətinin başçısı, professor Hacıbala Abutalıbovun ayağına yazmaq nə qədər ədalətlidir?!

Badamdar qəsəbəsində asfalt çəkilişi yenicə qurtarmışdı ki, başladılar qazmağa ki bəskanalizasiya borularını yenidən dəyişməliyik.Çox gözəl. Qardaş, bunu əvvəlcədənedəydiniz də. Dövlətin bir belə pulunu niyəgöyə sovurursunuz?

Nə isə qazdılar,camaat da uzun müddət əziyyət çəkdi palın-palçığın içində.Yollar qazıldığından maşınlar daişləmirdi. Nə isə, çəkdilər, qurtardılar, Bakı Şəhər İcra Hakimiyyəti yenidən asfaltlamağa başladı. Heç üstündən 20-25 gün keçməmiş yenidən başladılar qazmağa. Soruşdum, ay qardaşlar, indi niyə qazırsınız?Su xətlərini dəyişəcəyik, yeni su xətləriçəkəcəyik. Deyirəm, kanalizasiya çəkiləndə bunu edə bilməzdiniz? Deyir, onların öz işi, bizimöz işimiz. Yenə deyirəm, bu iki idarə birgə plan tutub birgə işləyə bilməz? Cavab: müəllim, mən briqadir adamam.

Nə isə, qazdılar, çəkdilər, yenə Bakı Şəhər İcra Hakimiyyətiküçəni abadlaşdırdı.

Badamdar qəsəbəsinin mərkəzi küçəsi çox gözəl abadlaşdırılmışdı,gözəl səkilər çəkilmişdi, Avropa standartlarına uyğun müasir işıq dirəkləri qoyulmuşdu. Qazıntı başladı, nə başladı. Bilmirəm indi kanalizasiya borularınıdəyişirlər, yoxsa su xətlərini, ikiaydı vur çatlasındı. Bəli, indi iş artıq sona yaxınlaşır, təzədən abadlıq işləri görülməlidir, bu yük də təbii ki, Bakı Şəhər İcra Hakimiyyətinin və eləcə də Səbayel Rayon İcra Hakimiyyətinin üstünə düşəcək.

Siz Allah, bir-ikiil qazmayın. Nə isə..

Şəhərdə tez-tezdivarlara vurulmuş belə bir elan oxuyuruq:«Müvəqqəti narahatlığa görə Bakı Şəhər İcraHakimiyyəti üzr istəyir».

Niyə Bakı Şəhər İcra Hakimiyyəti? O müvəqqəti narahatlığı yaradan hansıtəşkilatdısa özü üzr istəsin, biz də bilək ki, bizi narahat edən kimdi?



Yazarın digər yazarlar

TƏQVİM / ARXİV