adalet.az header logo
  • Bakı 20°C
29 Sentyabr 2016 14:07
11081
İDMAN
A- A+

FATEH TERİMİN MİLLİDƏN QOVDUĞU ARDA TURAN QAN ELƏYİR

İmperatorluğunu çoxdan itirmiş Fateh Terimin hikkələri qardaş ölkənin futboluna zərbələr vurmaqdadı. Son hikkələrinin biri də Avropanın bir nömrəli klubu olan «Barselona»nın oyunçusu Arda Turanı milli takımdan qovmasıdı.

Elə bil Arda Turan da Fateh Terimin acığına durub. Mövsümün yeni başlamasına baxmayaraq, həm İspaniya çempionatında, həm də Avropa Çempionlar Liqasının oyunlarında beş top vurub (hətta Messi və Neymardan çox), bir neçə də məhsuldar ötürmə verib. Özü də çıxdığı oyunlarda da ya 45, ya da 30 dəqiqə meydanda olur.