adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Sentyabr 2016 12:12
94148
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

                                                                       ***

1.İlham Quliyev: "Bizdə yağış yağanda adətən əvvəlcə romantika, sonra Hacıbala Abutlıbov yada düşür. Hələlik birinci mərhələdəyik”


                                                                       ***

2.Könül Məmmədova: "Yadıma düşür ki , bunnan irəli , ən azı bir 30 il əvvəl oktyabrın sonuna kimi qızmar günəş altında pambıq yığılırdı. İndi pambıq əkənlər bu yağış ilə nə xeyir əldə edir , görəsən? İqlim iqtisadiyyatın inkişafına var gücü ilə mane olmağa çalışır , deyəsən”.

                                                                       ***


3.Niyaz Niftiyev: "20-ci sahədə bir küçə var, el arasında Təbrizin yanı deyirlər - əsas yola məsafə 250-300 metr ola olmaya. Hər yagış yaganda həmin küçədə nə qədər qum, daş, kəsək var, yagış selinin müşayətilə gəlib tökülür əsas yola. Yagış kəsəndən sonra yol təsərrüfatı işçiləri başlayırlar yolu daşdan, qumdan təmizləməyə. Ay bədbəxtlər, bu qədər əziyyət çəkincə 250-300 metrlik məsafəni bir yolluq asfaltlasaniz dünya dagılmaz ki? Həm sizin caniniz qurtarar, həm də sakinlərin...”

                                                                        ***


4.Qadir İbrahimli: "Məğlubiyyət faciə deyil, faciə həyasızlıq edib, məğlubiyyətlə barışmamaqdır, baxmayaraq ki, ən böyük həyasızlıq belə məğlubiyyəti pərdələmir...”

                                                                         ***


5.Anar Turan: "Lahıc kəndində bir kanalizasiya var ki, tarixi təqribən 2 min ildir və hələ də hara töküldüyü yeri müəyyənləşdirə bilməyiblər. Dağlıq və meşəlik ərazidə yerləşən bu antik kənddə problem 2 min il bundan öncə çözülüb və dünyaya böyük bir mədəniyyət dərsi keçilib. Amma və lakin respublika əhalisinin yarısının yaşadığı bununla da getdikcə meqapolisə çevrilən paytaxtımız Bakı şəhəri isə iki min il sonra belə kanalizasiya problemini çözə bilmir. Ani yağış şəhəri təlatümə gətirir, güclü yağış gediş-gəlişi iflic edir. Bütün yolları su basır”.


                                                                        ***

6.Yeganə Quliyeva: "İstəyirsizsə sabah yağış yağsın evdən kofta ilə, günəş olsun istəyirsizsə palitoyla çıxın. İllərdir yoxlamışam 100% çalışır”.

                                                                        ***


7.Samir Əliyev: "Kanalizasiya ilə axan çay məcrasını dəyişərək əvvəl yerin üstünə çıxmış, sonra Caspian Plazadan Nizami metrostansiyasına doğru yön almışdır. İlkin məlumatlara görə, çayda batan və itkin düşən yoxdur”.


                                                                        ***

8.Nazim Bəydəmirli: "Ümumiyyətlə nəinki rayon maşınlarını həm də rayon adamlarını Bakıya buraxmaq olmaz...kəndlinin Bakıda nə işi ola bilər "aqrar sahənin prioritet elan olduğu bir dövrdə"
P.S. Təklif var ki, Bakıda pasport rejimi tətbiq olunsun!”

                                                                        ***


9.Rövşən Şirəliyev: "Qiymətlər qalxdiqca insanlar da qalxır.Axir ki, tarazlıq yaranır..Yoxsullaşmaq eyib sayılmır daha, təki insanın aglı olsun, bax belə vəziyyətdən çıxa bilər..”

                                                                        ***


10.Məhəmməd Türkmən: "Yağan yağışlar çoxlarına pul qazandırır. Necə? Deyirəm: Milyonlar xərclənir, parklar salınır. Amma o parklarda kanalizasiya sistemləri olmur. Yağan yağış günlərlə o parkda qalır, metlaxlar qopur, boyalar atır. Yenidən təmirə ehtiyac olur, yeni pullar "yeyilir". Belə. Bu sistem uzun illərdir ki, davam edir və edəcək”.


Sübhan Mahmudov