adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Sentyabr 2016 10:28
5671
DÜNYA
A- A+

Hələbdə 100-ə yaxın uşaq ölüb

Son bir neçə gün ərzində şərqi Hələbdə 100-ə yaxın uşaq ölüb və 220-dən çox uşaq isə yaralanıb.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondundan bildiriblər.

"Hələbdə uşaqlar dəhşət içində yaşayırlar. Onların əzablarınıtəsvir etməyə söz tapmıram”, - UNICEF-in direktor müavini Castin Forsayt bəyan edib.

Fondun bəyanatında qeyd edilir ki, cümə günündən şərqi Hələbdə ən azı 96 uşaq öldürülüb və 223 uşaq yaralanıb.