adalet.az header logo
  • Bakı 17°C
29 Sentyabr 2016 09:28
32261
TEXNOLOGİYA
A- A+

Dünyada mobil telefon satışı maksimuma çatdı

"CCS Insight" şirkətinin analitikləri ümumi mobil telefon bazarını qiymətləndiriblər. Şirkət bazar haqqında hesabata smartfon və adi mobil telefonları da əlavə edib.

Son bir neçə il ərzində bazar öz ilk nöqtəsinə çatıb və hazırda bir neçə il mütəmadi artımdan sonra mobil cihazların tədarükü 2 milyard ədəd cihaz səviyyəsində olacaq. Belə vəziyyət təxminən daha 5 il davam edəcək ki, bu da yaxın perspektivdə bəzi əhəmiyyəti innovasiya və inqilabların olmaması ilə bağlıdır.

Analitiklər hesab edirlər ki, bu ilin sonuna qədər mobil telefon cihazları bazarı ötən illə müqayisədə 1,3 faiz azalma nümayiş etdirəcək. Ancaq bununla belə, bir çox bazarlar fərqli vəziyyətdə olacaq. Məsələn, Çində çətin 2015-ci ildən sonra satışlar artmalıdır. Burada da tədarüklərin həcmi 2020-ci ilə qədər hər il 450 milyon ədəd cihaz səviyyəsində stabilləşəcək.

Bu düzülüşə baxmayaraq, bazar özü getdikcə smartfonlar tərəfə vurğu edəcək. Belə ki, əgər bu il smartfonların adi mobil telefonlara nisbəti 3-ün 1-ə idisə, 2020-ci ildə bütün dünyada satılan cihazların 90 faizini smartfonlar təşkil edəcək. Bunun üçün də demək olar ki, ayrı-ayrılıqda baxdıqda, smartfon bazarı artacaq.

Daha bir artan seqmenti LTE-ni dəstəkləyən cihazlar təşkil edir. Bu ilin sonuna qədər 1,11 milyard ədəd belə cihaz satılacaq. 2020-ci ildə isə bu göstərici 1,65 milyard cihaza qədər artacaq.