adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Sentyabr 2016 17:09
13460
KRİMİNAL
A- A+

Suriyada döyüşməkdə təqsirləndirilən şəxsə 14 il həbs verilə bilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Adalet.az xəbər verir ki,  hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin tam sübuta yetirildiyini deyib.

Prokuror ona 14 il həbs cəzasının verilməsini istəyib.

Proses oktyabrın 5-də davam etdiriləcək.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Zöhrab Məmmədov Suriya ərazisindəki «Mühacir Ansar» silahlı birləşməsinin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıb.