adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Batabata gəlmişəm - Hələlik sonuncu yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
66603 | 2016-09-28 15:48

Bəli,"yeraltı dünya" saydığım və əsl həqiqətdə elə, möcüzəli bir aləm olan"Duzdağı" mərkəzindən çox xoş bir təəssüratla ayrılıb maşınayaxınlaşıram. Və sürücünün gözlərindən oxuyuram ki, onun çox da gəzməyə həvəsiyoxdu. Çünki bir gün öncə axşam qonaqları olacağını söyləmişdi. Necə deyərlər,arifə bir işarə vurmuşdu. Ona görə digər görməli yerləri gəzmək fikrimdəndaşınmalı oldum və üzümə baxan sürücüyə"şəhərə gedək" dedim...

Yolüstü diqqətimiçəkən qarpız, yemiş topaları bir anlıq içimdə bir istək yaratdı. MəşhurSabirabad qarpızından sonra Naxçıvan qarpızının, yemişinin dadına baxmaq məncəpis olmazdı. Sürücüdən xahiş edirəm, maşını yolun kənarına çəkir. Düşüb qarpız,yemiş satan oğlana yaxınlaşırıq. Qiymətlər çox da baha deyil. Ondan bir qarpız, bir yemiş çəkməsinixahiş edirəm. Bu işdə sürücü də ona köməklik göstərir. Onun fikrincə qarpızın,yemişin ən yaxşısını seçib alırıq. Otelə dönürük. Qarpız, yemişi otağaqaldırıram. Əl-üzümü yuyub pəncərə önündə dayanıram. Axşama, yəni günün sonunatəqribən iki saat vaxt qalır. Bu iki saatı gəzmək olardı. Amma neyləyim ki, beləalındı. Bu düşüncələr içərisində öz-özümə qərar verdim ki, elə buradaca gördüklərimin,duyduqlarımın qeydlərini aparım. Şəhərə qayıdanda işim asan olsun. Kağız-qələmgötürdüm. Bugünkü təəssüratımın qeydlərini yazmaq istədim… Alınmadı!


Çünki Batabataqalxanda keçib getdiyim yol mənə doğulduğum kəndin yolunu, saysız-hesabsızgediş-gəlişim olan Şuşa dolamalarını xatırlatdı. Xəyalım bir anlıq o yerlərəuçub getdi. Özüm də bilmədən Batabat yolu ilə Şuşa dolaylarının, həmçinin kəndiminyolunun bir paralelləşdirdim. Nə qədər də bir-birinə oxşayırdı. Özümdən asılıolmadan içimdən bir dua gəldi: Allah bizə rəhm etsin! Heç vaxt Batabata gedənyolla düşmən, eləcə də namərd bir kimsə gəlib keçməsin! Şuşa dolaylarınıntaleyi, kəndimin yolunun aqibəti bu yerlərdə yaşanmasın!


Bir küskün ürəkləçıxmışdım yola

Kirpiyim nəm çəkdi,şehdən ağladım…

Küləyi qoymurdumsaçımı yola -

Burdasa bir xəfifmehdən ağladım…


Yuxuda gördükcə əsirkəndimi

Zaman bağlayırdıbərə-bəndimi…

Əlincə dikəltdisınıq qəddimi -

İçim dən perikən"ehh"dən ağladım!


Edib ürəyiminziyarətini

DaddımZorbulağın bal - şərbətini!

Hər kəsin məhəbbət,var sərvətini -

Alıb, birömürlük behdən ağladım!..


Öz duama özüm"amin" dedim. Və onu da xatırladım ki, bəzən rayon qəzetində işləyəndəişdən gec çıxıb avtobusu "qaçıranda" kəndə 17 kilometrlik yolun çoxböyük hissəsini, bəzən də lap sonacan o qədər piyada getmişəm ki, ona görə də hərkol, hər daş mənə əzizdi. Batabatda göl kənarında gəzib-dolaşanda da, üzü Dərələyəzətərəf dırmaşıb baxanda da mən eyni hissləri yaşamışdım. İndi otel otağında qeydlərimi yazmaq istəyəndə dəhəmin hissləri təkrar yaşadım… Yox, yaza bilmirəm! Durub şəhərə düşürəm. Gəzə-gəzəoteldən üzü aşağı, yəni istirahət parkına tərəf gedirəm. Şəhərin içərisindəki səliqə-səhmanınbarəsində təkrar heç nə demək fikrində deyiləm. Sadəcə, burada rastlaşdığım birməqamı xüsusi olaraq vurğulamalıyam. O da sürücü və piyada mədəniyyətidi. Təsəvvüredin ki, piyadaların demək olar ki, hamısı yolu, onlar üçün işarələnmiş yerdənkeçirlər. Sürücülər yolu keçmək istəyən piyadanı görəndə 20-30 metrlikdənmaşını əyləməyə başlayırlar. İnanın ki, həmin məqamda özümdən asılı olmadandedim:

- Gözünə dönümBakı, indi maşınlar nə şütüyərdi burda, piyada da güclə qaçıb canınıqurtarardı... Siqnal səsləri də ki, cürbəcür… Nə isə…

Parka tərəfkeçirəm. Adamlar iki bir, üç bir oturacaqlarda əyləşiblər. Və yaxud kimlərsə gəzişir.Uşaqlar da öz aləmlərindədi. Onların təbəssümü, gülüşü elə Bakıdakı kimidi.Çünki uşaqlar hər yerdə eynidi - şən, dəcəl, sevmli. Amma yaşlılar bir az fərqlidilər.Bilirsiniz nədə? Yəni, mən burda ucadan danışan, başqasına öz səsiylə,davranışıyla problem yaradan bir kimsəyə rast gəlmədim. Hamı normal şəkildəsöhbətini edir, hətta deyib-gülür də. Bu, artıq insanın özünün özünə hörmətidi.Mən belə başa düşdüm. Ona görə boş oturacaqların birində əyləşib siqaretçıxardım, yandırdım. Və gördüm ki, ətrafdakılar mənə bir az qəribə baxdılar.Öncə öz-özümə diqqət yetirdim. Birdən başa düşdüm ki, əyləşdiyim oturacağınyanında zibil qabı yoxdu. Ayağa qalxıb zibil qabı qoyulmuş yerə yaxınlaşıbsiqareti orda çəkdim. Bu həmin baxışların mənə iradı idi. Yəni, ictimaiqınaqdan dərs aldım və parkı gəzib-dolaşmaqda olduğum məqamda bir şey də mənimüçün maraqlı oldu. O da burada göstərilən mədəni xidmət idi. Adətən uşaqlaristirahət parkında, əyləncə yerlərində meyvədən, şirniyyatdan istifadə edirlər.Burda da var idi. Amma valideynlər uşaqlarını gözdən qaçırmırdılar. Elə uşaqlarda valideynləri anlayırdı. Ona görə də atmaq istədikləri müəyyən bir şeyi dərhalvalideynlərinə verirdilər. Böyüklər onları ya əllərindəki kisəyə qoyur, ya dayaxınlıqdakı zibil qutusuna atırdılar. Bu məqamda da Naxçıvanın təmizlik işlərinəbaxanlara, yəni süpürgəçlərə ölkənin digər şəhərlərindəki həmkarlarının necə həsədaparacağına heç şübhəm qalmadı…

Mən Naxçıvan şəhərindədemək olar ki, əksər inzibati binaların önündən keçdim. Hamısı müasir, hamısı səliqəlivə hamısı da bir-birini tamamlayan bir formada, özü də hasarsız. Bu binalar birkompleks yaradır. Bu kompleks də təbii ki, adamın gözünü yormur. Əksinə, onun həmyadda qalmasına, həm də xarici görkəmiylə barəsində eşitdiyim sözlərin üst-üstədüşməsinə imkan verir….

Gəzə-gəzəbir-iki marketə də baş çəkdim. Aldığım siqaret və bir də bir-iki ədəd badamlıoldu. Hiss etdim ki, marketlərdə kənardan gələn müştəriləri dərhal tanıyırlar.Bu məndə bir maraq yaratdı. Satıcı oğlandan ərkyana şəkildə soruşdum:

- Deyəsənqonaqları dərhal tanıyırsınız.

Gülümsəyərəkdedi:

- Əlbəttə,birinci onların ləhcəsindən hiss olunur, ikincisi də davranışlarından. Ümumiyyətlə,ən çox İrandan qonaqlar gəlir. Başqa millətlərin nümayəndələri daha çox ingilisdilində, bir də bir-iki rus sözləri işlətməklə nə istədiklərini çatdırırlar…

Mən marketdəgördüyüm İran vətəndaşlarının əksəriyyəti qadınlar idi. Sanki azadlığa çıxmışbir şəkildə hay-küylə alış-veriş edirdilər. Nə isə…

Artıq saat 22-yəyaxınlaşır. Otelə qayıdıram. 13-cü mərtəbəyə qalxıb axşam yeməyi götürürəm. Bu"açıq büfe" restoranda xeyli adam var. Mən burda bir cavan oğlanlatanış olmuşam. Adı Elvindi. Dediyinə görə, Naxçıvanın ən ucqar kəndlərindənolan Tividəndi. Burada çalışır. Çox mədəni, yaşına görə diqqətcil, zirək, həm dəünsiyyətcil oğlandı. Elə, ilk görüşdən dostlaşmışıq. Mən restorana daxil olankimi dərhal yaxınlaşıb özü xidmət göstərməyə cəhd edir və mən də bu fürsətdənistifadə edib ona suallar verirəm. Naxçıvan barəsində soruşuram, işindən-gücündənxəbər tutmağa çalışarm. O da məmnuniyyətlə cavab verir və bildirir ki, ən yüksəknöqtədə yerləşən kəndlərinin yolları da, abadlığı da çox yüksək səviyyədədi.Onun dediyinə görə, Ali Məclisin sədri dəfələrlə bu kənddə olub. Orada xidmətkeçən əsgərlərimizlə görüşüb. Suallarımın cavabında Elvin söylədi ki, buradaişləyib ailəsinə kömək edir. İnşallah, özü də ali təhsil almaq niyyətindədi. Mənona uğurlar diləyirəm…


Otağa qayıdıram.Gec də olsa indi Naxçıvandakı dostlara telefon açmaq olar. Öncə İbrahim müəllimlədanışıram… sonra Asim müəllimlə… sonra Hüseyn müəllimlə. Sabah Bakıyaqayıdacağımı söyləyirəm. Onlar da öz növbələrində təyyarənin vaxtınısoruşurlar. Tezdən heç olmasa görüşməyi, yola düşməmişdən öncə bir stəkan çayiçməyi təklif edirlər. Belə də razılaşırıq. Sonra şair dostum Əbülfəz Ülviyə zəngvururam. Səsində bir kədər duyuram. Öyrənirəm ki, bir nisgil yaşayıbdı. Ona təsəlliverirəm. Əbülfəz müəllim israr edir ki, bir gün də qalım Naxçıvanda. Çünki o,Bakıdadı. Mərasimi yola verib ayın 13-də qayıdacaq Naxçıvana. Təşəkkürümübildirirəm və artıq geriyə bilet aldığımı söləyib "inşallah görüşərik"deyirəm.

… Səhərə qədərdüşünürəm. Naxçıvanda tarix və ədəbiyyat muzeylərini, Cəlil Məmmədquluzadənin,Bəhruz Kəngərlinin ev muzeylərini, Arpaçayı, Gəmiqayanı, daha haraları görəbilmədim. Amma ümidsiz deyiləm. Düşünürəm ki, nə vaxtsa dəyərli dostlardan kimsə ya dəvət edər, ya dəstək verər gedibNaxçıvanın payızını da, qışını da, yazını da görərəm. Görmədiyim, ammaarzusunda olduğum Məmməd Arazın ev muzeyini ziyarət edərəm. Ümumiyyətlə, bu torpağıgəzib onun suyunun, havasının, bar-bərəkətinin bütün ləzzətini varlığımahopduraram. Çünki mən torpaq acıyam, torpaq həsrətlisiyəm. Naxçıvanda olanda ohəsrəti bir az ovuda bildim. Elə buna görə də burda gördüklərimin hamısınıbacardığım kimi kağıza da köçürmək istədim. Bilmədim alındı yoxsa yox, amma məndaxilən bu anın özündə də özümü o torpağa doğma sayıram, ruhumu orda görürəm. Və üzümü ordakı dostlara tutub deyirəm:


Mən xəyalqurmuşdum gəlməzdən öncə

Gəldim xəyaldanda gerçəyi gördüm…

Bu qədim torpağaenib düşüncə -

Göydən seyretdiyim göyçəyi gördüm!


Dörd yandan üzüməgüldü yaşıllıq

Özümü his etdimCənnət bağında!

Xəyalla gerçəklikdüşdü qarışıq -

Hava limanında -bu sübh çağında!


Küçələr ürək təkgeniş, işıqlı

Abadlıq boyunabiçilmiş şəhər…

Mənə elə gəldibütün dünyaya -

Burdan baxır günəş- açılır səhər!


Fikrimdəkeçmişi, gəzdim bu günün

Tarixə baş çəkdimmən Naxçıvanda!

Gəlibdi diliməqoy deyim düzün -

İş bilən başdadıNəqşicahanda!


Bəli, bu günNaxçıvanla bağlı hələlik sonuncu yazını yazdım. Amma bu mənim inancıma görəsonuncu deyil. Yəqin ki, nə vaxtsa görüşəcəyik!


TƏQVİM / ARXİV