Aqil ABBAS: ŞİƏLİYİ YIXIB SÜRÜYƏNLƏRƏ BİR XATIRLATMA

AQİL ABBAS
647064 | 2016-09-28 14:43

Son zamanlar bir para ziyalı qılınclarını çəkib düşüblər şiəliyin üstünə. Əslindəəsas hədəf Şah İsmayıldı, bu barədə yaxınnömrələrin birində fikrimi bildirəcəm.

İndi şiəliyi az qala İslamın düşmənielan edənlərə bir balaca xatırlatma.

Məhərrəmlik başlayanda Bakıda qeyri-müsəlmanlar,yəni nə ruslar, nə ermənilər, nə də yəhudilərtoy eləmirdilər. Toy etsəydilər dəonlara kimsə güldən ağır bir söz deməyəcəkdi, amma etmirdilər. Niyə? Yaşadıqları şəhərdəki insanların adət-ənənələrinə, inanclarına hörmət əlaməti olaraq.Qeyri-müsəlmanlar şiələrin inanclarına hörmətedirdilər. Bildiyiniz kimi də Bakının 90 faizişiədi. İndi müsəlman qardaşlarımız niyə bu şiəliyi topa tuturlar, bu insanların inanclarına hörmət etmirlər, başa düşmürəm.

Bəlkə dünyanın sonuncu peyğəmbərininövladlarını, sevimli kürəkənini (həm də əmisioğlunu, özü də onu boya-başa çatdıran əmisinin oğlunu), nəvələrini, nəticələrini bu şiələrqırıblar, diyarbadiyar ediblər?

Sizin ayrı işiniz-gücünüz yoxdu, ayrıbir probleminiz yoxdu, inancları niyə qarşı-qarşıya qoyursunuz? Əvvəllər bunu Avropa ölkələri edirdi, müsəlmanları bir-birinə qırdırırdı, indisizə nə düşüb bu missiyanı öz üzərinizə götürmüsünüz?

Mən yazmışam, yenə yazıram. Həzrəti Əlini nə qədər sevirəmsə həzrəti Əbubəkrə, həzrəti Ömərə, həzrəti Osmana da bir o qədər sevgim və hörmətim var. Siz niyə həzrəti Əliyə bu qədər düşmənçilik edirsinizvə onun nəslinə və onu sevənlərə də düşmənçilik edirsiniz, nifrət edirsiniz? Mən «Tarixi-Nadir»i də oxumuşam, Yunus Oğuzun «Nadir şah» əsərini də, yenə sizi başadüşə bilmirəm.

İki qəribə hadisənidə xatırladım, bəsdi. Ağdam əhalisi şiədi, yalnız bir kəndindən başqa: Xıdırlı.Bu kənddən də çox böyük ziyalılar çıxıb,bəziləri də xaricdə təhsil alıb.

Fransada tibbtəhsili almış bir bəy dönüb vətənə, çıxıb kəndin təpəsinə, camaat da yığışıbbaşına. Aşura günüymüş.

Bəy camaatdan soruşur:

- Aşağıdan, Şellidən ağlaşma səsi gəlir. Orda kim ölüb?

- Bəy, heç kimölməyib ey, Aşuradı, imamlara yas saxlayırlar.

Bəy deyir:

- Hə, hə, başadüşdüm.

Sonra yenə soruşur:

- Yaxşı, bu Əhmədavartərəfdə də ağlaşmadı, orda kim ölüb?

- Bəy, orda daheç kim ölməyib, imamlara yas saxlayırlar.

Bəy yenə deyir:

- Hə, hə, başadüşdüm.

Yenə soruşur:

- Bəs bu Qiyaslıtərəfdən də ağlaşma səsi gəlir, orda kimölüb?

Camaat yenə deyir:

- Bəy, alim adamsınız,dedik axı, orda da imamlara yas saxlayırlar.

Bəy üzünü tuturdağın döşündəki Xoramurd kəndinə:

- Bəs ordan niyə ağlaşmasəsi gəlmir?

Camaat:

- Bəy, onlar niyə ağlasın ki, onlar ermənidi axı.

Bəy istehza ilədeyir:

- Bəs siz niyəağlamırsınız, siz də ermənisiz?

O gündən sonraXıdırlı camaatı da Məhərrəmlik keçirməyəbaşlayıb.

Bir dəfə 1 MaylaAşura günü eyni günə düşmüşdü. Qarabağda məscid kimi fəaliyyət göstərən yalnız Ağdam məscidiydi. Aşura günü Qarabağınbütün bölgələrindən - Kəlbəcərindən, Laçınından, hətta Qubadlıdan tutmuş,Fizulisi, Ağcabədisi, Şuşası, Tərtəri, Ağdərəsi… hamı axışırdı Ağdama. Yollar bağlanırdı, çünki məscildin ətrafında bəlkə əlliminə yaxın insan olurdu. Kimi ehsan verirdi, ehsana gücü çatmayanşərbət paylayırdı, yuxanın arasındahalva paylayırdı, Qasım otağı bəzədilirdi,nə isə…

1 Mayda axı həmdə nümayiş olurdu. Lenin heykəlinin önündən kolxozlar, kəndlər, məktəblər, ictimai təşkilatlar əllərində palitbüro üzvlərininşəkilləri, bayraqlar, şuarlara «ura» deyə-deyəkeçərdilər. Mən də orta məktəbdə oxuyurdum və ordan «ura» deyə-deyə keçənlərin arasında mən də olurdum.

Bəli, vəziyyətağırdı, həm nümayiş, həm də Aşura. Sadıq Murtuzayev rayon Partiya Komitəsinin birinci katibidi. Ağdamın inkişafında müstəsnaxidmətləri olmuş çox görkəmli bir ziyalıdı.

Çağırır Ağdamın Axundunu yanına ki, sabah 1 Maydı, bilirsən nümayiş var, nümayiş də saat 10-da başlayır. Səntədbiri keçirt günortadansonraya.

Axund:

- Sadıq müəllim, mənim əlimdə televiziyayox, qəzet yox, özünüz də bilirsiniz ki,bura Qarabağın hər yerindən gəlirlər. Mənonlara necə çatdırım ki, siz saat on birdən-onikidən sonra gəlin Ağdama. Mən neyləsəm camaat saat ondan məscidin önünə yığışmağa başlayacaq.Sizin əlinizdə imkanlar var, bəlkə siz nümayişibir saat önə çəkin, qarışıqlıq düşməsin.

Sadıq müəllim bir qədər fikrə gedib deyir:

- Düz deyirsən, biz bir saat önə çəkərik, çalışarıqnümayiş tez də bitsin.

Elə də oldu. Hər katibin işi deyildi ey bu.

Biz də ayın 1-də «ura»mızı çığırdıq, sonra da sinif yoldaşlarıyla birlikdə getdik məscidinqabağına, şərbət içməyə.

Bir də belə bir bayatı oxuyardıq,xorla:

İmam gəlir atında,

Qızıl çalma başında.

İmamı harda saxlayaq?

Ürəyimizin başında.

Mən dini mövzulardan uzaq adamam. Ammabəzi adamlara nələrisə xatırlatmaqməcburiyyətində qaldım. İmamı ürəyinin başındasaxlamaq istəyənlərlə və saxlayanlarla düşmənçiliyinizi necə başa düşək?!


TƏQVİM / ARXİV