ANA SƏHİFƏ / RUBRİKA

"Facebook gündəliyi"

52732    |   2016-09-28 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                ***

Ceyhun Musaoğlu: "Təkcə sabahın varsa, ən varlı adamsan”

                                                                ***

Vəsilə Vahidqızı :"Məişət söhbəti olsa da belə şeylər içində mənəvi qatları olan məsələdir. İki insanın arasında xırda bir konflikt vardı, onlardan birinin övladı faciəli şəkildə ölmüşdi o birisi açıq bayram edirdi və o mənim yaddaşımda dünyanın ən vicdansız adamı kimi qalıb. Bunu o üzdən yazdım ki, o bayram edən şəxsə kiçik bir vəzifə verilmişdi fb-da onlarla insan onun yüksək mənəvi keyfiyyətlərini sadalamışdılar. Demək adamları tanımaq asan iş deyil, ya da ki, ta ağına-bozuna baxan yoxdur”

                                                               ***

Vüsal Məmmədov: "1400 ildir gedib Şeytanı daşlayırlar. Yaxşı, bu Şeytan o qədərmi axmaq oldu ki, hər il gəlib eyni yerdə dayandı?!”



Seymur Qasımbəyli: "Mən uşaq olanda qohumda-əqrabada olan ahıllar, ağbirçəklər məni əzizləyəndə adətən iyləyərdilər, bəziləri sonra ya öpər, ya da öpməzdilər. Hər zaman "nə üçün burunlarını saçımda, boynumda, üzümdə gəzdirib iyimi içərilərinə, ciyərlərinə çəkirlər" - deyə düşünərdim. Bu hərəkətləri hətta acığıma da gəlirdi. Yaşa dolduqca onları başa düşməyə başladım. İndi anlayıram ki, iyləmək öpməkdən daha üstündür...”

                                                                 ***

Şəfiqə Şəfa:"Son vaxtlar yeganə zövq aldığım iş olan tərcümə prosesindən belə bir qənaətə gəlmişəm: tərcümə təkcə əcnəbi dili yox, doğma dili də inkişaf etdirir. Məsələn, belə bir atalar sözümüz var: "Ehtiyat igidin yaraşığıdır". Mən tərcümə edərkən buna ekvivalent tapmışam: "Ehtiyacınız olmasa da, ehtiyatınız olsun". Yəni uzaq-yaxın səfərə çıxanda lazım olmayacağını düşündüyünüz yüngül nəsnələri özünüzlə götürün, ola bilər ki, onlara ehtiyacınız yaranmaz, amma ehtiyatınız olar. Hə, necədi? bax, deməyin ki, bu ifadə vardı, Google-ni xışlamışam, yoxdu... Amma siz məndən daha yaxşı əkinçi çıxıb torpağın altından bu ifadəni tapa bilsəniz, maladesss!”

                                                                 ***

Sənan Nəcəfov: "Bəzən FB-də elə səfeh şərhlərə,gic-gic irişmələrə, düşüklüyə, özünü ağıllı göstərmələrə (göstəri zad-filan) rast gəlirəm ki, özümdən şübhələnirəm. Belə baxanda 10 ildir içki içmirəm. Normalda hisslərimlə deyil, düşüncəmlə hərəkət edirəm. Bəs necə olub belə məxluqlarla dost olmuşam. Cavan da deyiləm ki, yeniyetmə tirkasına gedim. Müəmmadır.
İnanmazsınız. Günə 15-20-sini dostluqdan silmə ilə başlayıram. Bunlar gecələr peyda olurlar, ya günortadan ekstaza gəlirlər, rastıma çıxmır, nədir.
Əsas odur ki FB belələri ilə yolları ayırmağa şans verib. Yoxsa həyat …”

                                                                ***

Aybəniz Əhmədova: "Hamıya "pisəm" demək olmur.Çoxluqçun həmişə yaxşıyıq,həmişə hər şey qaydasındadı."Pisəm "deyə bilmək üçün özəl adamlar olmalıdı”


                                                                ***

Emin Piri: "Nazim Hikmətin "Ben senden önce ölmek isterim" şeirini pıçıldayırdım, anam da elə bildi qıza deyirəm bu sözü. "Ağzından qara yel alsın" deyib başıma qənd qabını nətər vurdusa, siz də deyirsiz şeir xilas edir”

                                                                ***

Azər Ayxan: "Futbolla ciddi maraqlanmasam da, Zineddin Zidanın "Real Madrid"i pis günə qoyduğu qənaətindəyəm. Ulduz futbolçular heç də həmişə yaxşı məşqçi olmurlar. Futbolçu karyerası olmayan Joze Morinyonun zamanında isə R.Madrid rəqiblərinin qapısına od (qol) ələyirdi”.

                                                                ***



 Aynur Məhərrəmova: "Heç bir yer qaranlıq deyildir, kor deyilsə qəlbin ......”




Sübhan Mahmudov





İmza:
SON XƏBƏRLƏR
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK