adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Sentyabr 2016 16:58
9636
MƏDƏNİYYƏT
A- A+

Hollivud gözəlinin ixtirası və əzablı həyatı...

O "Hollivud”da bütün zamanların ən gözəl qadınları içərisində  həmişə ön sıralarda yer tutdu. Bir çox filmdə rol alsa da, hər kəsin ağlında 1949- cu ildə çəkilmiş "Samson ve Delilah” dakı "cazibədar qadın” olaraq qaldı.
 



Hedi Lamar (Hedy Lamarr), 9 noyabr 1914-cü ildə Vyanada anadan olub. Anası piyanoçu, atası isə bankir idi. Mədəni və zəngin bir ailənin qızı idi. Yəhudi əsilli olması onun həyatına təsir edəcək ən vacib səbəblərdən biri idi. Erkən yaşlarından kino və məşhur olmaq istəyi onu cəlb edirdi. 15 yaşında olarkən Vyanadakı qısametrajlı film sahəsində epizodik rolla filmə çəkilməyə başladı. Ancaq o qədər gözəl idi ki, bu kiçik rollar qısa vaxtda onun tanınmasına səbəb oldu. Bir ildən sonra Vyana ona dar gəlməyə başladı və Avropa film sənayesinin mərkəzi olan Berlinə gəldi. Bu dövrdə Almaniyada iqtisadi böhran yaşanırdı. Səbəkarlar isə yəhudilər hesab olunurdu. Nazi partiyası getdikcə güclənirdi.Buna baxmayaraq, ssenaristlər, rejissorlar öz işlərinə davam edirdi. 


Hedi 1932-ci ildə "Ecstasy” adlı filmdə Eva rolunu canlandırdı. Bu adi bir rol deyildi. Kino pərdəsi ilk dəfə bir çılpaqlıq səhnəsi görürdü. Film bir anda qızğın müzakirələrə səbəb oldu. Almaniya və Amerikada izlənməsinə qadağa qoyuldu. Bütün bunlarla yanaşı bir xəbər də Vatikandan gəldi. Papa filmi lənətləmişdi!

Hedi bir anda məşhur oldu…Artıq istədiyi addımı atmağa hazır idi. Sevgi də elə bu məqamda qapısını döydü. Friedrich Mandl, "Ecstasy” filmində gördüyü bu gənc qızın izinə düşmüş və qəlbinə yol tapmağı bacarmışdı. Hedidən 13 yaş böyük olan Mandl, yəhudi bir atanın katolik oğlu idi. Varlı bir silah taciri idi. Möhtəşəm bir zənginlik içində Avstraliyda yaşamağa başladılar. Artıq Hedi üçün kino yox idi. 

Həyat yoldaşıyla birgə getdiyi dəvətlər və ərinin fabrikindən başqa digər yerlərə getmək ona yasaqlanmışdı. Öz evlərində keçirdikləri tədbirlərdə o dövrün bütün tanınmış simaları iştirak edirdi. Onların sırasında Freud, Mussolini hətta Hitler də vardı. Hedi bu vəziyyətə dözə bilmirdi. Əri faşist rejminə silah satan bir qatildi. Ən azından artıq Hedi üçün dəqiq belə idi. Bir neçə dəfə evdən qaçmaq istədi. Hər səfərində daha sərt güvənlik tədbirləri görülürdü. Malikanə sanki bir qalaya çevrilmişdi. Lakin Hedi xidmətçi qiyafəsinə girib, bir çamodan dolu ləl-cəvahiratı da götürüb Mandldan qaça bildi. Londonda "Metro Goldwyn Mayer” in ortaqlarından biriylə tanış olmaq fürsəti oldu. "MGM” artıq onuncün Hollivud deməkdi. 1938-ci ilin yayında ilk dəfə Hollivudun "Əlcəzair” adlı filmində oynadı. Film olduqca bəyənildi.

Nəhayət ki, xəyalları gerçək olmuşdu amma Hedi bərbad  bir haldaydı. Avropada qarışıqlıq hökm sürürdü, nazi partiyası Avstraliya ilə qanlı bir ortaqlığa girmişdi. Hedinin ailəsi də digər yəhudilər kimi vətən xaini qəbul edilirdi. Bu vaxtlarda Hedi  bir ssenaristlə evləndi. Çütlük bir oğlan uşağı övladlığa götürdü amma evlilikləri cox davam etmədi.

 

Alman ordusu Avropaya irlilədiyi bir vaxtda yaponların Pearl Harbor zərbəsiylə Amerikanın prezidenti F.D.Ruzvelt də savaşa qoşulmuşdu. Almaniyada "büyük böhran”dan sonra vəziyyəti yenidən düzəltmək üçün müharibənin xərclərini ödəməyə müxtəlif yollar axtarılırdı. Bunlardan biri hökümətin "savaş vergisi” toplamaq idi.( Savaş vergisi-Müharibə vaxtı hökümətin özünü maliyyələşdirmək üçün vətəndaşlardan topladığı müəyyən məbləğdə pula verilən addı) Bir çox Hollywood ulduzu kimi Hedy də könüllü olaraq vergi toplamağa başladı.  Vəzifəsini sona yerirdikdə topladığı rəqəm bir record idi. Hedy 25 milyon dollarlıq savaş vergisi toplamağı bacarmışdı.

Alman sualtı gəmiləri  Amerika ilə Britaniya arasındakı suları öz müstəmləkəçiliyində saxlayırdı. Minlərcə gəmi yaşlı qitəni üfüqdə belə görmədən məhv edilirdi. Hətta Çörçil də alman sualtı gəmilərinin hücümundan ehtiyat edirdi. Müharibə müddətində bu hücumlarda 80 minə yaxın insan və 15 min tona qədər materialın bu şəkildə məhv edildiyini düşünsək, Çörçil  narahat olmaqda haqlı idi. Almanlar tərəfındən hədəfi dəyişdirilməyəcək, hava hücumundan müdafiə məqsədli raket komplekslərini istehsal etmək lazım idi. Hedi film çəkilişlərindən sonra qalan vaxtı bunu düşünərək keçirirdi.

Silah fabrikində mühəndislərlə keçirdiyi darıxdırıcı günlərdə öyrəndiyi texniki biliklər və əl altından silah almağa gələn pis adamlarla söhbətləri indi işə yarayırdı. Detallara fikir verməsi və mükəmməl yaddaşı da yeni icadı tapmaqda ona kömək oldu. Ancaq bunu müəyyən bir sistem halına gətirmək üçün yardıma ehtiyacı vardı. Axtardığı yardımçını bir piyanino ifasını eşitdikdə kəşf etdi. Müassirləri arasında yenilikçiliyi ilə diqqət çəkən bəstəkar və piyanoçu Corc Antheil axtardığı adam idi. Hedy və Corc "dəyişkən hava tezlikli” texnologiyanı  yaratmağı bacardı. Bu teknika hava hücumundan müdafiə raketinə nəzarət edən ratsiyaya aid tezliklərin  mütəmadi olaraq dəyişməsinə imkan verirdi. Sistem eyni zamanda düşmənin, telefonları dinləməsinin qarşısını alırdı. Bu Almaniyanın ən azından dənizlərdəki hakimiyətini sona çatdırmaq deməkdi.

İxtiraçılar həyəcanla səlahiyyətli şəxslərə müraciət etdi. Müharibəyə təsir edəcək böyük bir kəşf etmişdilər. Bir piyanoçu və bir aktrisanın belə bir kəşfi edə biləcəklələrinə inanmırdılar.  Hətta rişxənd olunub rədd edildilər. Bu görüşdən US2292387 nömərəli patent qaldı.

 

Amerika bu sistemdən  1962-ci ilin payızında Kuba Füzə böhranı zamanı istifadə etdi. Bu illərdə çoxdan şöhrətini itirmiş Hedinin pula çox ehtiyacı vardı. Lakin rəsmi sənədlərə görə patenti ödəmək vaxtı 1957-ci ildə bitmişdi. Hökümət Hediyə bir qəpik belə ödəmədi.

 

Sonrakı illərdə Hedi ilə Antheil’in ixtiralarını müharibə sənayesindən əlavə digər sahədə də istifadə edildi. Aparılan araşdırmalar nəticəsində mobil telefon, Wi-Fi və GPS kimi günümüzə istiqamət verən texnologiyalar Hedi və Antheil’ın icadı sayəsində inkişaf etdirildi. Hedi II. Dünya müharibəsində yəhudilərin həyatını dəyişdirməsə də dünya tarixində informasiya texnologiyası sahəsində icadların ixtiraçısı olaraq adını tarixə yazdırır.   


 Holivudda şöhrətini itirdikdən sonra çətin günlər keçirən Hedi həyatı boyunca altı dəfə evlənir. Biri övladlıq olmaqla bərabər üç uşağıyla dolaşıq bir ailə həyatı olur. Elə imkansılıqlar icində olur ki, hətta oğurluq səbəbilə məhkəməyə də düşür. Gənçlik gözəlliyini saxlamaq üçün dəfələrlə estetik əməliyyat olunur. 90-cı  illərin sonlarında Kanada əsilli bir Wi-Fi şirkəti onunla əlaqə saxlayır, və patent haqqı olaraq ona bir miqdar məbləğ ödəyir. Bunun sayəsində həyatının son bir neçə ilini zəngin bir qadın olaraq keçirir. Hedi, 2000 –ci ildə həyata əlvida deyir.

 

Corc Antheil isə tapdığı ixtiranın istifadə olunmasının şahidi belə olmur. 1959-cu ildə ürək çatışmazlığı nəticəsində dünyasını dəyişmişdi.