BATABATA GƏLMİŞƏM - II yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
69844 | 2016-09-27 15:58

II yazı

«Zorbulaq»ın suyundanbir ovuc da içib maşına əyləşirəm. Sürücü mühərriki işə salır. İndi dağlardan üzüaşağı qayıdacağıq. Amma hələ bu ətrafda görməli, baxmalı çox yerlər var. Ona görəüzümə baxan sürücüyə deyirəm:

- Heç buralardanayrılmaq istəmirəm. Gəl bu ətrafı da bir az dolaşaq.

O da gülümsəyib yerli ləhcəylə:

- Baş üstə, müəllim!– deyir.

Maşınımız gölün kənarıilə hərəkət edir. Mənə elə gəlir ki, «Üzən ada» qarışıq, bu ərazibir sükuta qərq olub, ayrılıqsükutuna. Öz-özümə deyirəm kmi, sorağına uçub gəldiyim bu yerlər deyəsən məndən,mənim kimi qonaqdan ayrılmaq istəmirlər. Mənim onları necə özlədiyimi duyub onlarda mənə bir sevgi bağışlayırlar. Bax, o sevginin, o duyğusallığın içərisində dolanırıqgölün başına. Yamacda gözəl bir bağ var. Ağaclar və o ağacların arasındakı kənardandiqqəti çəkən səliqə-səhman məni daha artıq maraqlandırır. Bunu duyan sürücü bildirirki, ora «qonaq evidi». Naxçıvana gələn hörmətli qonaqlar orada istirahət edirlər.Bu,mənim həmişə yüksək qiymətləndirdiyim milli mentalitetimizin çox gözəl nümunəsidi.Çünki qonaq gördüyünü danışan, gördüyünü indiki dildə desək, reklam edən şəxsdi.Ona normal şərait yaratmaq, onu ətraflatanış etmək təbii ki, həmin məkanın da tanıdılması, təqdir edilməsidir. Biz qonaq evinə gedən yolun xeyli hissəsiyləhərəkət edib buradakı diqqətçəkənmənzərələri seyr edirik. Hətta şəkillər də çəkmək fürsəti qazanırıq. Elə bu vaxtdiqqətimi qoyun sürüsü çəkir. Çoban itləri, çobanın cilovundan tutduğu atı və birdə sürünün önündə ağaclara, kol-kosa dırmaşa-dırmaşa özünü ora-bura vuran keçilər…Mütləq onlarla söhbət etməliyəm. Ona görə də uzaqdan çobanı səsləyirəm. Başını qaldırıbəliylə məni salamlayır:

- Bərəkətli olsun!– deyirəm. O da öz növbəsində mənə «sağ ol» göndərir. Elə uzaqdan etdiyimiz bu söhbət,yəni barmaqsayı kəlmələr bizi bir az yaxınlaşdırır. Onun əlini sıxıram, güzəranınısoruşuram. Çox ağayana, həm də daxili bir məmnunluqla cavab verir:

- Çox şükür, hərşey yaxşıdır. Davarlarımız da Allaha şükür bu il o qədər də bizə əziyyət verməyib.Ot-ələfi var, örüş var, su var...

Mən elə bu sözdənyapışıb:

- Bəs ağartı, pendir,süd, qatıq?...

- Min bərəkət, heçnədən korluğumuz yoxdu. Gedək qonağım olun. İstərsən çəpiş kəsərəm, istərsən quzu.

Mən kənd adamının,xüsusilə çoban tayfasının necə səxavətli olduğunu bilirəm. Ona görə də dəvətin ürəkdəngəldiyinə də inanıram və:

- Sağ ol, qardaş!– deyirəm. Məmnuniyyətlə gedərdik. Amma vaxtımız azdı, gəzib görməli yerlər isəçox. İnşallah, bir də yolum bu tərəfə düşəndə mütləq qonağın olacam. Elə bu sözlərlədə çobanın əlini sıxıb sağollaşırıq.

Bəli, dağlara qalxanyolla indi dağlardan üzü aşağı gəlirik. Yol kənarlarındakı lövhələrə diqqət yetirirəm.Bu lövhələrdə qoruq zonasından, təbiəti sevməkdən bəhs edən fikirlərə rast gəlməkmümkündür. Meşənin içərisindəki "Söyüdlü bulağın önündə dayanırıq. Suyu o qədər gurdu ki,əlini qarşısında saxlamaq olmur. Soyuqluğu, dadı-tamı da ki, bir başqa aləm. Bax,elə o bulağın önündən üzüaşağı, dərə boyu boylanıram.Bir yaşıllıq sanki evləridə, dağı-daşı da qucağına alıb bələyib. Və ancaq onun bələyi gül-çiçəkdi, gözəllikdi.Mən hələ ötən yazımda vurğulamışdım ki, yol boyu ucaldılan hasarlar bu gözəlliyigizlədə bilməz. İndi buna bir daha əmin oldum. Biz üzüaşağı enəndə diqqətimi biryol nişanı çəkir. Burada Qızılqışlaq kəndi yazılıb. Dərhal yadıma dostların söylədiyibir məqam düşür. Onların verdiyi bilgilərə görə, əslində indi iki kənd olan Qışlaq bir zamanlar Rəmeşinadlanıb. Və bu sözün də mənası böyük və uzun meşə deməkdir. Çünki kənd həqiqətənmeşənin içərisindədi. Bax, yolun kənarındakı nişan da dostlarımdan birinin kəndinəgedən istiqaməti göstərir. Mən sürücüyə bu kənd haqqında məlumat verirəm. O, əvvəlkindəndə təəccüblü bir şəkildə:

- Müəllim, siz naxçıvanlısınız?– deyə soruşur.

Mən də çox ciddişəkildə:

- Bəli! – deyirəm.

O,bir az da təəccüblənir və mən izah etmək məcburiyyətindəqalıram:

- Qardaş, ruhun hardarahatdısa, könlün-gözün haranı sevirsə,özünü harda göz açdığın topaqda olduğun kimi görürsənsə, deməli, sən həm də oralısan.Bax, bu dağların, bu çayların oxşarını mən Qarabağda görmüşəm. Orda yaşayanda buyerlərin həsrətini çəkmişəm. Daha doğrusu, buraları gəlib görmək istəmişəm. İndiqismət olub, gəzirəm, görürəm. Deməli, həm də istəyimin, arzumun vətənindəyəm. İndibildinmi ki, mən də naxçıvanlayım.

Sürücü bu dəfə lapürəkdən gülüb:

- Müəllim, bir azqəliz danışdınız. Amma siz doğrudanda naxçıvanlısınız – deyir.

Hə, bu da Kükü kəndi.Kəndin qəribə bir mənzərəsi var. Məktəbi,inzibati binaları həqiqətən adamın gözünü əçkir. Yoluna, cığırına söz yoxdu. Hələinternetdən oxumuşdum ki, bu kənddə qırxbulaqvar, hərəsi də bir səmtdən qaynayır. Bu kəndin arıçıları, yəni buranın balı dillərəzbəridi. Tərəvəzi də onun kimi. Alması da adladı. Mən eləcə yol kənarındakı evlərinhəyətlərinə boylanıram. Yarpaqlar yavaş-yavaşsaralır. Ağaclarda alma, armud, qoz gözə dəyir. Bu mənzərənin içərisində olarkənsürücünün səsi məni ayıldır.

- Müəlim, bəlkə qabaqdabir çay içək?

- Olar – deyirəm.Amma ürəyimdə Zorbulağın suyundan sonra çayın nə dadacağını düşünə bilmirəm. Heço dadı itirmək istəmirəm. Sadəcə etika xatirinə razılıq verirəm.

Maşınımız ailəviistirahət mərkəzi yazılmış əraziyə daxil olur. Sürücü elə girişdə maşını saxlayır.

- Siz bir ətrafıgəzin, mən də samovar çayı sivariş verim- deyir.

Mən Naxçıvanda olduğumbu iki gün ərzində ikinci dəfə bu cür səliqəli, həm də təbii bir güşəyə qonaq oluram.Burda elə bil ki, hər şey öz-özündən bitib, öz-özündən boy veribdi. Sadəcə, insanlardincəlmək üçün quraşdırdıqları qurğuların, stolların yanına daş plitələrdən cığırlar çəkiblər. Bir də yeməkxananınönü asfaltlanıb. Qalan hər şey təbii yaşıl otluqdu. Ağacların başı,yalan olmasın buludlara söykənib. Özü də hər cür ağacvar. Xan çinardan tutmuş, cır alçaya qədər. Biz çay boyu gəzirik. Burda balıq yetişdirirlər.Balıqlar çayın içərisində qurulmuş maneəni aşıb gedə bilmirlər. Elə oradaca yemlənib,oradaca böyüyürlər. Həm dağ çayının suyuyla, həm də onları becərənlərin verdikləriyemlə. Balıqlara diqqətlə baxdığımızı görən bir nəfər bizə yaxınlaşır. Salamlaşırıq.O da qonaq olduğumuzu hiss edib bizi ətraflı məlumatlandırır. Burdakı balaca qonaqevlərini göstərir. Bildirir ki, şəhərdən ailəvi gələnlər gecələr bu evlərdə qalırlar.Burda uşaqlar üçün hər cür şərait yaradılıb. Böyüklərin də arzuladığı təbiət ovuciçindədi. Onun icazəsiylə balaca qayığa oturub balıqlara bir az da yaxın oluruq. Bizəyaxınlaşan oğlan balıqlara yem atır. Hə... yem uğrunda əsl savaş başlayır. Və sonrada bizi gözləyən sürücünün yanına qalxırıq. Xan çinarın dibində, yaşıl otların üstündəyaşı ən azı 60-ı keçmiş bir mis samovar buğlanır. Üstündə də dəm çayniki. Süfrəyə Naxçıvan mürəbbələrivə qənd, konfet qoyulur. Qaysı mürəbbəsini qoyub kim burda qəndlə çay içər ki? Azqala samovarın yarısın içmişik. Sürücü gözucu saatına baxır. Onu başa düşürəm, getməkvaxtıdı. Qalxıb çayın pulunu ödəyirəm. Amma haqq üçünə bu yerin sahibi pulu götürməkistəmir. Mən təşəkkür edib bildirirəm ki, gələn qonaqların hamısını bizim kimi pulalmadan yola salsan, buranın heç vergisini ödəyə bilməzsən.

Bəli, sürücü maşınıişə salıb magistrala çıxanda hara gedəcəyimizi soruşur. Deyirəm ki, Duzdağına. Maşınımızsürətlə irəliləyir. Dağlarda bir xeyli vaxt itirdiyimiz üçün sürücü zamanı qabaqlamağaçalışdı. Amma mümkün olan iş deyil. Zamanı qabaqlamaq üçün gərək zamanın özündənqabaqda olasan. O da dahilərə nəsib olan işdi. Biz isə…

Naxçıvan şəhərininiçərisindən keçib məhz Şahbuza gedərkən ayrılan yolun indi də Babək istiqamətinəgedirik. Şəhərdən 10-12 kilometr aralıda yerləşən «Duzdağı» Fizioterapeya Mərkəzikənardan diqqəti çəkir. Bu mərkəzə gedən yol da ayrı bir aləmdi. Dəniz səviyyəsindəntəqribən 1200 m yüksəklikdə olan bu yerdə hər şey adamda çox qəribə bir duyğu yaradır.Xüsusilə yolun sağında və solundaparıldayan yamaclar elə bil ki, günəşi əks etdirir. Sanki, dağa almazqırıntıları səpilib. Hiss edirəm ki, bunlarduz qırıqlarıdı. Bax, o parıltının içərisində mərkəzə yaxınlaşıb özümüzü təqdimedirik. Kənar adamlara girişqadağan olunsa da, bizə güzəşt edirlər. Əynimizə ağ xalatgeyinib duz tuneliylə - yerin altıyla hər şeyi gözümüzə köçürə-köçürə gəzirik…xəstələrə şəfa diləyirik… burda çalışanlara uğurlar deyirik. Və bir neçə dəqiqəlikyerin altındakı bu mərkəzdə oturacaqdaəyləşirik. Havadan doymaq olmur. Mən bilirəm ki, nə vaxtsa bu mövzunu bir də yazacam.Çünki Duzdağını bir sözlə, bir görüşlə ifadə etmək mümkün deyil. Amma indi:



Dolubdu ürəyim,qan var gözümdə

Kükrəyən, qovrulancan var gözümdə

Elə bil bir Qanlı Yanvar gözümdə-

Ağlayıb isladır sinəmduzlağı-

Duzdağı!


Möcüzən hökm edirdiz üstə çöküm,

Duz üstə gözümünyaşını töküm.

Başıma haranın daşını töküm,

Görə bilmirəmsə qəmdən uzağı? -

Duzdağı!


Yüyürdüm - yoruldum, qaçdım - yoruldum

Bir açıq qapını açdım, yoruldum.

Sevgiyə, sevincə acdım - yoruldum!

Həsrətdi başıma açan tuzağı -

Duzdağı!


Ümid qapısısan şəfaünvanlı,

Göynəyən sinəyə dəvaünvanlı,

Nəfəssən – ən təmizhava ünvanlı

Olmusan bu yurdahəm də üz ağı-

Duzdağı!


Vermisən torpaqlakürək-kürəyə

Qatmısan dadını sözə,çörəyə!

Sən ki, dağ deyilsənsevən ürəyə,

Şöhrətsən, nemətsənbizə,duz dağı-

Duzdağı!


Bəli, «yeraltı» dünyadanaryılırıq. Bizi hələ Naxçıvandayıq


TƏQVİM / ARXİV