adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Sentyabr 2016 14:42
10892
MƏMLƏKƏT
A- A+

Azərbaycanın yeni silahları - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ekspo Mərkəzində "ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

Sərgidə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir neçə ölkənin müdafiə naziri və müxtəlif ölkələrin nazirliklərinin nümayəndələri iştirak ediblər.

Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər.

Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.

"ADEX 2016” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdirilir. Nazirlik "ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələrini nümayiş etdirir.

Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı nəzərdə tutulur.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers” "CEO” şirkəti "ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər keçiriləcək.