adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Sentyabr 2016 12:31
57740
TEXNOLOGİYA
A- A+

Twitter-i kim alacaq?

Twitter mikrobloq şəbəkəsinin yaxın 4-5 həftədə satılacağı gözlənilir.

Onu almağa ən real namizədləri kimi isə Microsoft və The Walt Disney Company-nin adı çəkilir.

Google və Salesforce.com da mikrobloq şəbəkəsinə sahiblənməkdə maraqlarını gizlətmirlər. Facebook isə artıq bəyan edib ki, Twitter-i almaqda maraqlı deyil.

Twitter-in qiyməti 16 milyard dollar ətrafında dəyərləndirilir. Şirkət 2006-cı ildə yaradılıb.