adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Sentyabr 2016 01:39
7804
DÜNYA
A- A+

Siciliya sahillərində Türkiyəyə məxsus gəmi batıb

 Aralıq dənizinin Siciliya sahillərində Türkiyəyə məxsus yük gəmisi batıb. 

Bu barədə "Daily Sabah” nəşri məlumat yayıb. Hadisə Siciliya sahilindən 38 km aralıda baş verib.  

 

İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları Panama bayrağı altında üzən Türkiyə şirkətinə məxsus gəminin 16 nəfərdən ibarət heyətini xilas edib.  

 

Məlumata görə, ammonium fosfatı ilə yüklənmiş, 136 metr uzunluğunda olan yük gəmisi Seneqaldan Xorvatiyaya yollanırmış.