adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Sentyabr 2016 00:39
7756
LAYİHƏ
A- A+

Müasirləşən Yevlax

(Əvvəli ötən sayımızda)

Məlum olduğu kimi, Yevlax həm də kənd təsərrüfatı rayonudu. Hələ sovet dönəmində burada kənd təsərrüfatının müxtəlif sahələri, xüsusilə pambıqçılıq geniş vüsət almışdı. Yevlaxın pambıq istehsalçıları zamanında ölkənin qabaqcıl təsərrüfatlarından sayılırdı. Belə bir baza üzərində mövcud olan və bu gün də öz fəaliyyətini genişləndirən Yevlaxın aqrar sahə işçiləri ilbəil yeni uğurlara imza atırlar. Şəhər icra hakimiyyəti başçısının hesabat məruzəsindən də göründüyü kimi, bu ilin birinci rübündə Yevlaxda 15 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdu ki, bu konkret nəticə də 2016-cı ilin birinci rübü ilə müqayisədə 10,2 faiz artım deməkdi. Göründüyü kimi, Yevlaxın kənd təsərrüfatı əməkçiləri artıq bu ilin birinci rübündə keçmişdə qalan 2015-i qabaqlamışdır.
Biz əgər kənd təsərrüfatının konkret sahələri üzrə mövcud vəziyyətə nəzər salsaq, onda görərik ki, 2016-cı ilin məhsulu üçün Yevlax rayonu üzrə 250 hektar kartof, 267 hektar tərəvəz, eləcə də taxıl, yonca və digər əkin növləri üçün üst-üstə 180 min manat məbləğində sahibkarlara dövlət yardımı göstərilmişdi. Təbii ki, həmin göstərilən maliyyə yardımı da həm mineral gübrələr, həm texnika və bütövlükdə təsərrüfatın idarə olunması üçün gərəkli olan sahələrə yönəldilmişdi. Son nəticədə məlum olmuşdu ki, söhbət Yevlaxın torpaq mülkiyyətçilərinə 407 ton mineral gübrə güzəşti etmişdi ki, bu da faktiki olaraq həmin gübrənin maya dəyərinin çox böyük hissəsinin qiymətini təşkil edir. Yəni öz maya dəyərindən aşağı qiymətə torpağı əkib-becərənlərə gübrənin satılması onlara həm torpağa maraq hissinin, həm də son nəticənin əldə edilməsinə diqqətin artmasında gərəkli bir yardım kimi göstərilmişdi. Deməli, torpaq adamına, kənd zəhmətkeşinə edilən yardım öz bəhrəsini əldə olunan məhsulda göstərmişdi. Bax elə 2016-cı ilin birinci rübündə ötən ilin yeni dövrü ilə müqayisədə 10 ton ət, 72 ton süd, 5 min ədəd yumurtanın artıq istehsal olunması söylədiyimiz fikri bir daha təsdiq edir. Yəni bir az da açıqlasaq, onda görərik ki, dövlət dəstəyi son nəticədə məhsulun istehsal səviyyəsinin artımına gətirib çıxarır.
Yevlaxda aqrar sahənin inkişafı üçün ayrılmış diqqətin mərkəzində torpaqların suvarılma problemi dayanıb. Ona görə də suya ehtiyacı olan torpaqların suvarılması üçün mövcud suvarma kanallarının yenilənməsi, təmizlənməsi istiqamətində də köklü işlər görülübdü. Təkcə ilin birinci rübündə 130 km suvarma kanalı təmizlənmiş, 29 ədəd nasos stansiyası və hidrotexniki qurğu köklü şəkildə təmir olunub istifadəyə verilmişdi.
Rayonun əksər yaşayış massivlərində, xüsusilə kəndlərində suya olan tələbatın ödənilməsi də yaddan çıxmamış, bu sahəyə də əlaqədar qurumların diqqəti yönəlmişdi. Bircə onu demək yerinə düşər ki, cari ildə Salahlı, Girdəxan Balçılı və Varvara kəndlərində magistral suvarma kanallarında tam şəkildə əsaslı təmir işləri görülüb. Həmçinin ilin birinci rübündə 29,5 km uzunluğunda kollektor-dren şəbəkəsi bütünlüklə təmizlənmiş və buradakı digər problemlər də aradan qaldırılmışdı.
Təbii ki, aqrar sahə ilə yanaşı Yevlaxda infrastrukturun da köklü şəkildə yenilənməsi, üstəlik daha müasir səviyyəyə çatdırılması istiqamətində hər cür addımlar atılır. Əgər rayon icra hakimiyyətinin məsələ ilə bağlı təqdim etdiyi hesabata diqqət yetirsək, onda görərik ki, bu ilin birinci yarısında, yəni cari ilin birinci rübündə Yevlaxda əhalinin içməli su ilə təminatı məsələsi rəhbərliyin xüsusi nəzarətindədi. Hətta bu məsələ demək olar ki, aparatın bütün fəaliyyət proqramında qırmızı xətt kimi keçir. Ona görə də həm şəhər sakinləri, həm də kənd və qəsəbələrdə yaşayanların içməli su ilə təminatı bir problem kimi tez-tez müzakirə olunur. Məhz buna görə də rayonda artezian və subartezianların, həmçinin digər nasos stansiyaların tam şəkildə istismara yararlı olması təmin edilir. Faktiki olaraq əhalinin içməli su ilə bağlı problemi aradan qaldırılmış, kanalizasiya və yağış sularının çirkablara axıdılması üçün kanalizasiya sistemini də normal işləməsi təmin olunmuşdu.
Bununla paralel olaraq rayonda elektrik enerjisi ilə təminat məsələsi də əsas yerlərdən birini tutur. Doğrudur, işlədilən enerjinin pulunun ödənilməsində müəyyən çətinlkilər olsa da, ancaq enerji ilə təminat məsələsində elə bir ciddi çətinliklər ortaya çıxmamışdı. Məhz bu səbəbdən də ilin birinci rübündə 65 min manatlıq təmir işləri görülmüş, 46 ədəd transformator yenidən istifadəyə qaytarılmışdı. Bunlarla yanaşı olaraq həmçinin istifadə edilmiş enerjinin pulunun ödənilməsi istiqamətində də muvafiq addımlar atılmış, nəticədə 2 milyona yaxın ödəniş edilmişdi. O ki, qaldı əhalinin istifadə etdiyi enerji və onun ödənilməsinə, burada da uğurlar diqqəti çəkir. Həmin uğurları da faktlarla ifadə etsək, onda məlum olar ki, 950 min manatlıq elektrik enerjisinin 861 min manatdan artıq ödənişi olunmuşdu. Faktiki olaraq tapşırıq 90,5 faiz yerinə yetirilmişdi.
Bu gün Yevlaxda səhiyyə, mədəniyyət, təhsil sahəsində də köklü işlər görülüb. Həyata keçirilən islahatlar və yenidənqurma göstərir ki, şəhər icra hakimiyyətinin mərkəzi xəstəxanası ilə birlikdə həyata keçirdikləri planauyğun tədbirlər öz müsbət nəticəsini verir. Sonda 18 yaşından 45 yaşınadək olan yevlaxlılar arasında aparılan bu müayinələr buarada adamların sağlamlıq durumunun daha yaxşılaşmasına, qarşıya çıxan məsələlərin vaxtında həll olunmasına bir töhvədir. Faktiki olaraq bu gün Yevlaxda mövcud olan tibb obyektlərinin, yəni xəstəxana, poliklinika, həkim məntəqəsi və digərləri yeni avadanlıqlarla təmin olunmuş, daha təhsilli və bacarıqlı həkimlərin öz peşə məharətinin göstərilməsinə şərait yaradır. Eyni ilə mədəniyyət və təhsil sahəsində də bu günün tələblərinə cavab verən addımlar atılır.