adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2016 14:02
8647
DÜNYA
A- A+

Həcc ziyarətinə ikinci dəfə gedənlər əlavə pul ödəməli olacaq

Səudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaqlar.

Hicri-qəməri təqvimi ilə1438-ci ilin məhərrəm ayının 1-dən etibarənikinci dəfə Həcc ziyarətinə gedəcək olanlardan əlavə pul alınmasını nəzərdə tutan sənəd təsdiqlənməsiüçün ölkəkralı Salman Əbdüləzizə təqdim edilib.

Səudiyyə ƏrəbistanınınHicaz bölgəsinin mehmanxana və ticarət obyektlərinin sahibləri qərar təsdiq ediləcəyi təqdirdə müştərilərini itirəcəklərini bildiriblər. Müştərilərinin yarısının təkrar gələn insanlar olduğunu deyən sahibkarlar son beş ildə onsuz da zəifləyən işlərinin bu qəradan sonra daha da çətin vəziyyətə düşəcəyini vurğulayıblar.