adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Sentyabr 2016 13:51
8662
MƏMLƏKƏT
A- A+

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

"Ölkə ərazisində hazırda qeyri-sabit hava şəraiti sentyabrın 25-i gündüzədək davam edəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, sentyabrın 23-də günün ikinci yarısından başlayaraq bu gün səhərə kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit olub:

"Şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub”.