adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Sentyabr 2016 17:05
50293
HÜQUQ
A- A+

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

Azərbaycanda ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək. 

Adalet.az-ın verdiyi xəbərə görə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev APA-ya deyib ki, hazırda "Ölüm haqqında tibbi şəhadətnamənin elektron registrdən əldə edilməsi” üzrə tibbi xidmət yaradılır.

Bu xidmətin yaradılmasıüzrə işlərin getdiyini deyən A.Mirzəyev vurğulayıb ki, nəticədə ölüm haqqında şəhadətnamənin kağız forması ləğv olunacaq: "Hazırda bu xidmətin tətbiqi üçün proqram hazırlanır. İşlər tam yekunlaşandan sonra bunun hansı formada tətbiq ediləcəyi barədə məlumat veriləcək”.

Şöbə müdiri vurğulayıb ki, ölkədə tibbi şəhadətnamənin kağız forması da ləğv ediləcək. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı da müzakirələr gedir: "Bununla bağlı hazırdaƏdliyyə Nazirliyivə "ASANXidmət"lə birgə iş aparılır. Bu gün uşaq doğulandan sonra valideyn Forma 103-ü kağız formada "ASANxidmət"ə təqdim edərək doğum haqqında şəhadətnamə alır. Artıq kağızı "ASANxidmət"ə aparmağa ehtiyac qalmayacaq. Bazada uşaq barədə bütün müvafiq məlumatlar olacaq və valideynlər heç bir kağız təqdim etmədən doğum haqqında şəhadətnaməni "ASANxidmət"dən əldə edəcəklər”.