BATABATA GƏLMİŞƏM - I yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
71093 | 2016-09-23 16:03

I yazı

Axşam sürücüdən ayrılandavədələşdim ki, səhər erkəndən gəlsin. Çünki bu, Naxçıvanda olacağım ikinci və sonuncugün idi. Ona görə, hələ getməli, görməli yerlərin siyahısını gözlərim önünə gətiribvaxtı elə qurmağa çalışırdım ki, istəyim havada qalmasın. Sağ olsun, sürücü də mənianladı və artıq səhər 8:30-da o, "Təbrizotelinin qarşısında bizi gözləyirdi.

Səhər çayını yolüstübir yerdə içmək arzusuyla maşina əyləşirik. Artıq şəhərin müəyyən hissəsini tanıyıram. Dairəvi yol ayrıcına çatanda özüm sürücüyəsağa doğru hərəkət etməyi məsləhət görürəm:

- Müəllim, deyəsənartıq Naxçıvanı tanımağa başlayırsınız.

Mən də gülümsəyirəmvə əlavə edirəm ki, yolun sol istiqaməti Babək, Culfa, Şərur tərəfə gedir. Digər tərəfdən yol ayrıcındakı işarədə dəŞahbuz yazılıb. Bunun özü də bir xatırlatmadı.

...Bəli,maşımınız gözəl bir yolla üzü dağlara tərəf gedir.Yolun rahatlığı və mənzərəsi məni demək olar ki, yenə öz qoynuna alıb. Və sürücününsusub heç bir şərh verməməsi mənə əlavə bir imkan yaradıb. Hər şeyə acgözlüklə baxıram.Birdən diqqətimi yamaclıqda salınmış bir bağ çəkir. Ağaclar demyə bir şəraitdə eləsəliqə ilə əkilib ki, göz çəkmək olmur. Öz-özümə düşünürəm ki, onları görəsən necəsuvarırlar? Bu vaxt sürücü köməyimə çatır. Ürəyimi oxuyurmuş kimi deyir:

- Müəllim, orda«damcı» suvarmadı. Əvvəlcədən xətləri elə çəkiblər ki, ağaclar normal şəkildə suilə təmin olunur. Sadəcə o xətlərə nəzarət edənlər var…

Doğrudan da insanhər şeyə qadirdir. 

Bu yolu ilk dəfə 1982-ci ildə getmişəm. Onda universitet tələbəsiydimvə bu günə qədər də dostluğumuzu ən yüksək səviyyədə qoruyub saxladığımız, onu ailəvi dostluğa çevirdiyimiz Firudinin anasının yas mərasiminə gəlmişdim. Yollar elə bir gündəydi ki, adamın maşına yazığı gəlirdi, heyfi yox ha, yazığı. Mən öz-özümədüşünürdüm ki, dəmir yol vağzalından Kolanıkəndinə müştəri aparmaq üçün 15 rubl istəyən sürücünün yəqin ki, ağlı yerində deyil.Çünki bu yoldakı vəziyyət ən azı 150 rubl tələb etmək haqqını verirdi sürücüyə…

Sonra ikinci dəfə gəldim bu kəndə, elə bu yolla. Onda da 1987-ci il idi, Firudinintoyuna gəlmişdim. Yollarda heç nə dəyişməmişdi. İndi isə əvvəlki yazılarımda davurğuladığım kimi dünyanın ən gözəl yollarından biri ilə hərəkət edirdim. Yolun sol istiqamətindəki yüksəklikdəgünəş elektrik batareyaları qurulmuşdu. Onları görəndə xatırladım ki, bir zamanlarancaq Araz çayı üzərindəki elektrik stansiyasının ümidinə yaşayan Naxçıvan indi kifayət qədər su və günəşelektrik stansiyalarına malikdir. Ona görə də burada işıq problemi birdəfəlik həllolunubdur. Bu da Naxçıvan rəhbərliyinin necətəsərrüfatcıl olmasından, işini mükəmməl bilməsindən xəbər verir. Axı bubölgədə dağ çaylarından su, günəşdən isə enerji almaq həm istəkdən, həm də bacarıqdan asılıdır. Bunu da Naxçıvanda mükəmməl bacarırlar.

Bəli,bu yol Badamlı kəndində gedir. Biz isə həmin istiqamətə dönmürük, düz keçib gedirik. Qarşıdakıkəndlər bir-bir arxada qalır. Kükü, Kolanı, Biçənək və s. Dolamaları qalxırıq, məniheyrətləndirən odur ki, bu yaşıllığın içində evlər, kəndlər görünmür. Həyat eləbil ki,burdabir yaşıl dona bürünüb. Amma mütləq deməliyəm, xoşuma gəlməyən bir məqam oldu. Oda nədənsə bu yaşıllığı, mənzərəni gizlətmək üçün göstərilmiş cəhdlər idi. Çünkibir-birindən yaraşıqlı, bir-birindən göz çəkən mənzərələri, evləri hündür barlarınarxasında sanki «gizlətmişdilər». Şəxsənmən gözəlliyin gizlədilməsinin həmişə əleyhinə olmuşam. Və kimsə özünün yaraşıqlıevini, həyət-bacasını gizlədirsə, deməli, o,həm də zövqünü gizlədir.

Niyə imkan vermirki, o gözəllikdən hamı gözdolusu yararlansın.Ola bilsin ki, onların da öz arqumentləri var. Amma nə olur-olsun, gözəllik hamıüçün olmalıdır. Nə isə, biz dolamaları qalxdıqca yol kənarındakı bulaqların suyununda dadına baxırıq. Həmin bulaqların qarşısındakı təpəciklərin üstünə qalxıb meşəalçasını da, itburnusunu da, böyürtkənini də qoparıram və bu fürsətdən istifadəedib artıq məndən aşağıda qalan evləri də, kəndləri də seyr edirəm. Və…

Bu da həsrətindəolduğum Batabat. Sürücü mənə Üzən Adanıgöstərir. O artıq sahilə bir az yaxınlaşıb.Bilməyənlərüçün xatırladım ki, bu "ada” yerini anbaan dəyişir. Onu ancaq bu yerə ardıcıl gələnlərhiss edə bilər. Bu möcüzə ada daha çox torf və yaşıllıqdan ibarətdir. Göl ləpələnəndəona öz təsirini göstərir. Gölün dibi ilə bağlılığı olmadığı üçün ada üzür.

Maşını saxladıram, düşüb bir anlıqseyr edirəm bu mənzərəni. Üzən Ada başdan-başa yaşıllıq içindədir. Göl də o qədər sakitdir ki, sanki yuxuyagedibdir. Adam yatmış gözəldən gözünü çəkə bilmədiyi kimi, mən də bu mənzərədəngözümü çəkə bilmirəm. Deməli, Allah bu torpağa belə bir möcüzə də nəsib edib. Bumöcüzəyə ancaq sevgiylə, Məcnun Leyliyə baxdığı kimi baxmaq lazımdır və yaxud daəksinə. İçinin sevgisigözlərindən, nəfəsindən duyulmalıdır. Onda sən bu yerin cənnət olduğuna inanacaqsan!..

Addım-addım gölünkənarı ilə "Zor bulaq”ayaxınlaşıram. Bulağın ətrafında ailə olduğu aydınca duyulanbirtopa adam var. Uşaq, böyük, qadın… kimi su doldurur,kimi süfrə açır. Salam verirəm. Qərib olduğumuzu hiss edib bulaqdan çəkilirlər. Amma bir gəlin suyun aşağı tərəfindədayanıb, özü də düz suyun ortasında. Mən ona bir az təəccüblə baxıram. Çünki eşitdiyiməgörə "Zor bulaq”ın suyunda barmağını,hətta yay fəslində də,bir dəqiqədən artıq saxlamaq mümkün deyil. Həmin gəlin isə suyun içində çox rahatşəkildə dayanıb uşaqları ilə söhbət edir…

Ovcumu suyun altınatuturam, barmaqlarım keyiyir. Suyu dodaqlarıma yaxınlaşdırıram. Canımdan bir üşütməkeçir. Yenə başımı qaldırıb həmin o gəlinə baxıram. Çox maraqlıdır, sürücü mənimbu gözaltı baxışlarımı deyəsən havada tutur. Ona görə yavaşca mənim eşidəcəyim bir səslə deyir:

- Müəllim, o gəlinbu yerin adamıdı, artıq vərdiş edib…

Bəli, məsələ aydındı.Hələ o da aydındır ki, mən "Zorbulaq”ın buz kimi suyunu dadanda ona ünvanlananmisralar da ürəyimdə göyərmişdi:


Dolamalar qalıb artıqarxada,

Gəlib yetdim dodağındanöpməyə.

Diz qatlayıb bu yamacda,yaxada,

Gözəlliyi gözlərimətəpməyə

Zor bulağın yanağındanöpməyə.


Batabatın mənzərəsigöz çəkir,

Ürəyimdən qor götürür,köz çəkir.

Məni, vallah, danşmağasöz çəkir,

Başlayıram nəğmələrisəpməyə,

Zor bulağın yanağındanöpməyə.


Su içində barmaqqatla say günü,

Barmaqların buz bağlayaryay günü.

Mən Allahdan aldığımbu pay günü,

Bənzər bildim ziyarəti-Kəbəyə,

Gəldim onu ürəyimlə öpməyə.


Üzən ada üzərrikdi bəlkə də,

Çox gözəli çoxdanqoyub kölgədə.

İnanın ki, gəzdiyimbu bölgədə,

İşıq hopub hər yazılansəhifəyə,

Gəldim onu ürəyimlə öpməyə.


"Zor bulağın başının üstündəki qayanın tən ortasındahündür bir ağac var. Onun əyilmiş budağındanyapışıb üzüyuxarı qalxıram. Sürücü arxadan məni səsləyir:

- Müəllim, o yüksəkliyinarxası cəbhə xəttidi. Orda əsgərlərimiz mövqe tutub. Bir yanı Sisyandı, bir yanıda…

Onun dediyi söz bütünvarlığımı titrətdi. Mənə elə gəldi ki, illərlə həsrətini çəkdiyim, bircə dəfə dəolsun görə bilmədiyim, amma yuxularımda, xəyallarımda, anamın söhbətlərində eşidibtəsəvvür etdiyim o kənd ovcumun içindədi. O qədər özləmişəm o kəndi, amma görməknəsib olmayıb.Sən demə,bu yüksəkliyinarxasındaymış o kənd, o ərazi, o mahal… anamın kəndi.

Həmin o həsrətiniçəkdiyim ünvanın adı Dərələyəzdi. Anam orda doğulub, 1932-ci ildə. Və tale elə gətiribki, 6-7 yaşında ilk qaçqınçılığı, ilk erməni zülmünü yaşayıb. Sonra Qarabağ. Və1991-ci ildən də Qarabağsız bir həyat. Ancaq həsrət yazılıb alnıma. Elə süddən gəlibmənə də. Ürəyimin döyüntüsünü yaxınlıqdakılar eşitməsinlərdeyəbir az da yuxarılara qalxıram.Hər şey gözəldi, hava da gözəldi, adamlar da...Amma əlimin uzandığı, ünümün yetmədiyi məkan… Allahım,nə qədər çəkəcək bu zülüm? Yoxmu bu zülmünsonu? Özümdən asılı olmadan ucadan deyirəm sonuncu sözləri. Hiss edirəm ki, məndənaşağıda dayananlar məni izləyirlər. Qulağıma bir hökmlü səs gəlir, dönüb baxıram.Milli Ordunun zabitidi, yanında da əsgərlər,bulaqdan su götürməyə gəliblər…

Hə, həsrətini çəkdiyimyurdun nisgili ilə üzü bulağa tərəf dönürəm:


Bu zirvədən baxıbsənə kövrəldim,

Havalandım, havamqaldı havada...

Mən yerini burdanbaxıb öyrəndim –

Əsir alıb düşmənsəni davada…


Gördüm enib qarabulud üstünə,

Dözəmmirəm, ürəyimisən dər, əz.

Tüstüm barı qoy qarışsıntüstünə –

Ay anama beşik olanDərələz.


Söz tapmıram burdansənə deməyə,

Elə bil ki, mən budaqsızbir yarpaq.

Bir kəsim yox çağırmağa köməyə,

Sən çəkəndən artıqçəkir Qarabağ.


Bu zirvədə əl açmışamAllaha,

Yer səsimə, göy ünüməayılsın.

Mən möcüzə istəyirəmbir daha –

Qələbəmiz kainatayayılsın!!


Bəli, "Zor bulaq”ın suyundan barmaqlarım, dodaqlarım göynəyə-göynəyə yenəiçirəm. Sürücünün tapıb gətirdiyi qabı da suyla doldururam. Vaxtın darlığı mənitələsməyə məcbur etsə də, nə ürəyim, nə ayaqlarım burdan getmək istəmir. Amma bütünsəfərlər, bütün ziyarətlər bitir, yekunlaşır. Mənim də Batabatı, Üzən adanı, Zorbulağı ziyarətim onun suyuyla əl-üzümü yumaqla başa çatır. Amma hələlik…


TƏQVİM / ARXİV